
Nazirlər Kabinetinin Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib ki, Komissiya Azərbaycanda uşaqlara verilən adların tənzimlənməsi haqqında müvafiq dövlət qurumlarına müraciət edib.
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
Azərbaycan yenidoğulmuşlara milliyətdən asılı olaraq, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarından sonra rus adları qoyulmaya bilər.
Komissiyanın sədr müavini Sayalı Sadıqova BBC Azərbaycancaya deyir ki, hər bir xalqın özünün adlar sistemi var, milli maraqları var, adlar uşağın gələcəyinə və mənfi təsir göstərməyən olmalıdır.
Lakin bu qayda Azərbaycanda yaşayan milliyətlərə aid deyil.
Bu qayda milli azlıqlar və qarışıq milliyətlə nigahda olan ailələrə aid olmayacaq. Biz Azərbaycan vətəndaşlığına toxunmuruq, biz onların milli qaydalarına hörmətlə yanaşırıq, adlar milliyətə görə verilməlidir, Sadıpova bildirir.
Onun sözlərinə görə, adlar hər bir xalqın mentalitetinə uyğun qoyulmalıdır.
Məsələn Şekspir deyəndə İngiltərə, Nizami, Füzuli deyəndə Azərbaycan göz qabağına gəlir, eləcə də adlar. Onlar da milli olmalıdır.
Sadıqova deyir ki, adların milliləşdirilməsi prosesi 1993-cü ilə qədər aparılıb, daha sonra dayandırılıb.
Əvvəllər Kolxoz, Sovxoz, Limonad kimi adlar da qoyulurdu, indi bu adlar yoxdur.
Hazırda isə, Mariya, Yekaterina, Olya, Alya kimi rus adlarının qoyulmamasına xüsusi diqqət yetiriləcək.
Uşağının adını Dmitri qoyan ailələr var, Azərbaycanda hamı qızını adı Dmitri olan oğlana vermək istəmir. Azərbaycanlı milliyəti olanın Dmitri adı qoyması nə dərəcədə doğrudur?.
O deyir ki, Olya, Alya kimi adlar spesifikdir, olur ki, kiminsə əmisi Rusiyada olur, xatirələri var, uşaq anadan olanda adını Olya qoyur və bu düzgün deyil.
Yeni qayda üç-dörd pilləli adların ləğv edilməsinə aid olsa da, ortaq adlara aid deyil.
Uşaqlarının adlarını Hacı Nəcəfqulu ağa qoyurlar, ya Nəcəf ya da Qulu qoysunlar, Sadıqova bildirir.
O, adların qısa, yığcam və konkret olmasının tərəfdarıdır.
Ortaq adlar kimi ərəb və fars dilindən gələn sözlər də daxil olmaqla tarixi adlar nəzərdə tutulur.
Məsələn, Məhəmməd dünyanın hər yerində arzuediləndir. Məryəm adı İsa peyğəmbərin anasının adıdır və illərdir ortaq addır. Eləcə də Emil və Emilya da ortaqdır.
Adların yeni tam siyahısının hazırlanması ilə prezidentin sərəncamına əsasən, Nazirlər Kabinetinin yanında Terminologiya Komissiyasının Adlar və Soyadlar Bölməsi məşğul olur. Hazırlanma mərhələsində olan siyahının daha sonra bütün VVAQ idarələrinə göndərilməsi nəzərdə tutulur. Prezidentin sərəncamı olduğundan qayda yenidən müzakirə edilməsi gözlənilmir.
Ədliyyə Nazirliyinin adlar siyahısında hazırda 80 minə yaxın ad var.
Sadıqova xalqın da ad yaradıcılığı ilə məşğul olduğunu bildirir və Dəniz, Dərya, Yağmur, Uğur kimi adları misal gətirir.
Bu adlar dildə yaxşı səslənir, onların verilməsində heç bir qəbahət yoxdur.
Statistikaya görə, Yağmur adı 2010-cu ildən bu yana cəmi 2 nəfər verilib. Ən çox qoyulan yeni oğlan adı, Yusif, qız adları isə, Nurgün və Nuraydır.
Hazırda uşağın "mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə" yol verməyən qanun qüvvədə olsa da, Komissiyanın fikrincə adlar daha çox tənzimlənməlidir.
Bakı sakinləri BBC Azərbaycanca müxbiri Xanım Cavadova ilə adlara mümkün qadağalar barədə fikirlərini bölüşüb.
BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.