Şəkillər: Yaponiyada WCS festivalı keçirilib

World "Cosplay" Summit (WCS) festivalına bütün dünyadan yapon Manga (komiks) və Anime (animasiya filmləri) yaradıcılığının pərəstişkarları qatılıb.

Festival iştirakçısı.
Şəklin alt yazısı, Yaponiyanın Nagoya şəhərində World "Cosplay" Summit (WCS) festivalı keçirilib.
WCS iştirakçıları.
Şəklin alt yazısı, "Costume" və "play" sözlərinin birləşməsindən əmələ gələn "Cosplay" məfhumu Yaponiyada bu ad altında keçirilən festivallardan doğmuş yeni yaradıcılıq istiqamətini əhatə edir. Cosplay-çilər komiks, animasiya filmləri və video oyunlar qəhramanlarının libasını geyərək sankı həmin obrazları canlandırıblar.
Yaponiyanın Manga (komiks) və Anime (animasiya filmləri) yaradıcılığının bütün dünyada pərəstişkarları az deyil.
Şəklin alt yazısı, Yaponiyanın Manga (komiks) və Anime (animasiya filmləri) yaradıcılığının bütün dünyada pərəstişkarları az deyil.
Festival iştirakçıları.
Şəklin alt yazısı, Manga və Anime pərəstişkarları yalnız "oxumaq" və "tamaşa etməklə" kifayətlənməyərək qəhramanlarının "canlı obrazlını" da yaratmaq istəyirlər.
Nəticədə bu cür təşəbbüslərin cəmi əsasında "Cosplay" mədəniyyəti yaranıb.
Şəklin alt yazısı, Nəticədə bu cür təşəbbüslərin cəmi əsasında "Cosplay" mədəniyyəti yaranıb.
Festival iştirakçıları
Şəklin alt yazısı, 2003-cü ildən yaponiyanın Naqoya şəhərində keçirilən "World Cosplay Summit" festivalı bütün dünya boyu "cosplay" pərəstişkarları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Festival iştirakçısı
Şəklin alt yazısı, WCS tədbirinə bu dəfə 22 ölkəni təmsil edən 2000 iştrirakçı qatılıb. Cosplay-çilər festival çərçivəsində keçirilən paradda da iştirak ediblər.
Festival iştirakçıları
Şəklin alt yazısı, Yaponiyanın Naqoya şəhərində avqustun əvvəlində keçirilmiş WCS dünya festivalının iştirakçıları.