Yeni mükafat nominasiyasının qalibini müəyyən etmək üçün qlobal onlayn auditoriyaya 50 şəkil təqdim edilib.
Şəklin alt yazısı, Bu ilin “Təbiət Fotoqrafçısı” müsabiqəsinin yeni nominasiyasında qalibi onlayn səsvermə yolu ilə müəyyən ediləcək. Carsten Braun-un çəkdiyi sarı boyunlu siçan fotosu nominasiyaya təqdim edilən şəkillərdən biridir.
Şəklin alt yazısı, Münasiflər heyəti 2014-cü il “İzləyicilərin Seçimi” müsabiqəsinə 41,000 nominasiya üzrə 100 ölkədən daxil olan işlərdən 50-ni seçib. Almanilyalı fotoqrafçı Theo Allofs müsabiqəyə su gölməçəsi ətrafına toplaşan qırmızı kenqurular şəkilini göndərib.
Şəklin alt yazısı, "Müsabiqənin əlamətdar 50-ci ildönümü münasibətilə biz yarışı yaxından izləyən həvəskarları münsiflər heyəti səlahiyyətinə şərik edirik”, - 2014-cü il müsabiqəsinin münsiflər heyətinin üzvü Tom Ang bildirib. (Paul Souders müsabiqəyə sudan sahilə tullanan papuan pinqvin şəklini göndərib.)
Şəklin alt yazısı, "Müsabiqəyə təqdim edilən şəkillərdən birinin necə üstünlük qazanması sualı sizi nə vaxtsa çaş-baş qoyubsa bu sizin sözünüzü demək imkanınızdır”, - Tom Ang əlavə edir. (Pələng balası gərnəşir)
Şəklin alt yazısı, Onlayn səsvermə sentyabrın 5-də bitir. Müsabiqənin qalibi isə oktyabr ayında elan ediləcək. Havada qanad çalan bayquş şəkli Kanadalı Henrik Nilsson-a məxsudur.
Şəklin alt yazısı, Marsel van Oost-in "Facebookda status" şəklini və digər fotolorı bu linkdə görmək olar. www.wildlifephotographeroftheyear.com
Şəklin alt yazısı, "Gecənin çənələri" fotosu müsabiqəyə ispaniyalı Jesus Gonzalez Ahumada tərəfindən təqdim olunub.
Şəklin alt yazısı, Köhnə paltar - Mexikoda Claudio Contreras-ın şəklidir.
Şəklin alt yazısı, Dəniz inəyi balığınin müəllifi Britaniyalı Jennifer Jo Stock-dur.
Şəklin alt yazısı, “İzləyici Seçimi” mükafatını qazanan ilk 5 şəkil öncə onlayn və daha sonra beynəxalq turneyə yola düşməzdən əvvəl oktyabrın 24-də Təbiət Tarixi Muzeyindəki ilin Vəhşi Təbiət Fotoqrafçısı sərgisində nümayiş etdiriləcək. Piraputangas balığının sürüsü, Adriana Basques (ABŞ)