Əsrin Müqaviləsi- 20 il: Bakı necə dəyişib?

Azərbaycan iqtisadiyyatında əsas təkanlardan hesab edilən "Əsrin Müqaviləsi"nin 20 yaşı tamam olur. BBC Azərbaycanca bu 20 ildə dəyişən Bakının şəkillərini təqdim edir. Fotolar Milli Arxiv İdarəsinə məxsusdur.

Foto Milli Arxiv Idarəsinə məxsusdur.
Şəklin alt yazısı, 1980-90-cı illərdə Dağüstü Parkdan Bakı şəhərinə açılan mənzərə. 20 il bundan əvvəl, sentyabrın 20-də Azərbaycan və 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti arasında məhsulun bölüşdürülməsinə dair saziş - tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənədi imzaladılar. Qalereyadakı ağ-qara fotolar Milli Arxiv Idarəsinə məxsusdur.
Foto Əziz Kərimliyə məxsusdur.
Şəklin alt yazısı, Bakı, sentyabr 2014-cü il. ACG müqaviləsi Azərbaycanı yenidən dünyanın neft xəritəsinə yerləşdirdi. Azərbaycanın neft istehsalının beşiyi və əsas mərkəzi kimi tanınması milli iftixar hissini canlandırmışdı. Qalereayadkı rəngli fotoların hamısı Əziz Kərimliyə məxsusdur.
Foto Əziz Kərimliyə məxsusdur.
Şəklin alt yazısı, Bakı, sentyabr 2014-cü il. Neftin Azərbaycan milli kimliyinin bir parçası olması onun başqa bir adında – “Odlar Yurdu” ifadəsində əksini tapıb. Bu mənada 2012-ci il “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi neftlə gücləndirilmiş kimlik hissinin də təntənəsi idi. Foto Əziz Kərimliyə məxsusdur.
Foto Milli Arxiv Idarəsinə məxsusdur.
Şəklin alt yazısı, 1986-cı ildə Bakı şəhərinin görünüşü. Müsbət təsirlərdən başqa üç mühüm sahədə ya az tərəqqi olub, ya da əksinə, geriləmə baş verib. Bunlar - qeyri-neft sahələrinin inkişafı, sosial siyasət və dövlət idarəçiliyi və demokratikləşdirmədir. Foto Milli Arxiv Idarəsinə məxsusdur.
Foto Əziz Kərimliyə məxsusdur.
Şəklin alt yazısı, Bakı, 2014-cü il. Azərbaycan həddən ziyadə neft ixracından asılıdır və ölkənin sosial-iqtisadi sahəsində əhəmiyyətli dərəcədə qeyri-bərabərlik müşahidə olunmaqdadır. Foto Əziz Kərimliyə məxsusdur.
Foto Milli Arxiv Idarəsinə məxsusdur.
Şəklin alt yazısı, 1986-cı ildə Bakı şəhərinin görünüşü. Azərbaycanda fəaliyyət göstərən Qərb neft şirkətləri yerli kadrlara neft mühəndisliyi kimi son dərəcə təkmil sahələrdə qabaqcıl biliklər və təcrübə əldə etmək fürsəti yaradırdı. Foto Milli Arxiv Idarəsinə məxsusdur.
Foto Əziz Kərimliyə məxsusdur.
Şəklin alt yazısı, Bakı, sentyabr 2014-cü il. Bu gün Azərbaycan peşəkarlarını dünya boyunca demək olar ki, bütün neft və qaz məkanlarında görmək mümkündür. Foto Əziz Kərimliyə məxsusdur.
Foto Milli Arxiv Idarəsinə məxsusdur.
Şəklin alt yazısı, 1986-cı ildə Bakı şəhərinin görünüşü. Foto Milli Arxiv Idarəsinə məxsusdur.
Foto Əziz Kərimliyə məxsusdur.
Şəklin alt yazısı, Bakı, 2014-cü il. Son onillik ərzində Azərbaycan karbohidrogen ixracatından daha çox asılı vəziyyətə düşüb, daha repressiv və daha avtoritar olub və bu zaman korrupsiya neftdən əvvəlki vaxtlarda olduğundan heç də azalmayıb. Foto Əziz Kərimliyə məxsusdur.
. Foto Milli Arxiv Idarəsinə məxsusdur.
Şəklin alt yazısı, Sabiq Azərbaycan prezidenti Heydər Əliyev neft müqaviləsini imzalayarkən, 1994-cü il. Foto Milli Arxiv Idarəsinə məxsusdur.