46 il əvvəl oğurlanmış Jaguar maşını sahibinə qovuşur
Mayamidə yaşayan 82 yaşlı kişi öz idman avtomobilinə qovuşur. Avtomobil 46 il əvvəl oğurlandıqdan sonra, İvan Schneider onu ilk dəfə görəcək.
1968-ci ildə cənab Shneider gənc hüquqşünas idi və Nyu Yorkda yaşayırdı. Elə həmin il onun E tipli Jaguar maşını yaşadığı binanın həyətindən oğurlanır.
Bu ilin iyun ayında Hollandiyaya gətirilən retro maşınların yoxlanışı zamanı məlum olur ki, bu, oğurlanmış avtomobildir.
Jaguar artıq ABŞ-a qaytarılıb və cənab Sheiderin tezliklə ona qovuşacağı gözlənilir.