Oqtay Hüseynov

"Azərbaycan" cəmiyyətinin nümayəndəsi son günlər Rusiya paytaxtında aparılan polis reydlərilə bağlı Moskvanın Matveyev bazarına da baş çəkib.

O.Hüseynovun təbirincə "orada da tək-tük işləyən azərbaycanlılar arasında polis tərəfindən saxlanılanı varsa, onları da bir neçə saatdan sonra buraxırlar".

"Polis adətən öz hüquqlarını bilməyən, ya zəif bilənləri saxlayır, lakin saxlanılmış vətəndaşın şəxsiyyəti, statusu müəyyən edildikdən sonra və pozuntulara yol verilmədiyi təsdiqlənirsə - onlar buraxılır", O.Hüseynov qeyd edir. Onun təbirincə, "istənilən halda, bu tədbirlərin Moskvada yaşayan Azərbaycan icması üzvlərinə ciddi təsiri hiss olunmayıb".

"Azərbaycan" cəmiyyətinin sədri Moskvada aparılan reydlərin "azərbaycanlılara qarşı yox, ümumilikdə, miqrantlara qarşı" olduğunu vurğulayaraq, "Moskvada yaşayan azərbaycanlıların əksəriyyətinin artıq çoxdan Rusiya vətəndaşlığı aldıqlarını və miqrantlar təbəqəsinə aid olunmadıqlarını" qeyd edib.

Çərşənbə günü Moskva polisi içərisində azərbaycanlıların da olduğu1400 nəfər immiqrantı saxlayıb.

Bir neçə gün əvvəl isə azərbaycanlıların da ticarət etdiyi Matveyev bazarınınbağlanmasına qərar verilib.