Luhansk: döyüşlərdən sonra dağıntılar

Atəşkəs rejiminin elan olunmasından əvvəl ağır döyüşlərin getdiyi Luhansk şəhəri və ətraf rayonlarda nisbi sakitlik hökm sürür.

Luhansk şəhərində müharibə izləri nəzərə çarpır. Lakin ən böyük dağıntılar şəhər ətrafındakı kənd və qəsəbələrə yetirilib.

Şiddətli döyüşlər səhnəsi olan Xryaşuvateye qəsəbəsi olardan biridir. Onun küçələrində məhv edilmiş texnika qalıqlarını görmək olar.

Yerli əhali həyatın adi məcrasına qayıtmasını gözləyir. Lakin içməli su və eletktrik enerjisindən məhrum edilmiş rayonlarda bərpa etmə işləri hələ də uzun müddət çəkə bilər, bölgəyə baş çəkən BBC müxbiri bildirir.

Video şərhsizdir.