Ruhani Tehran-Bakı əlaqələrinin genişlənməsinə səsləyir

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevi qəbul edən İran prezidenti Həsən Ruhani iki ölkə arasında əlaqələrin üçüncu qüvvə tərəfindən pozulmasına yol verməməyə səsləyib.

"Biz üçüncü ölkələrin Bakı-Tehran dostluq əlaqələrinə müdaxilə etməsinə yol verməməliyik”, Həsən Ruhaninin sözlərini İRNA agentliyi iqtibas edir.

Öz növbəsində Şahin Mustafayev son aylar ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Səfər İranın Kommunikasiya və İnformasiya Texnologiyaları nazirliyi və müştərək İran-Azərbaycan komissiyasının İranlı sədrinin dəvətilə həyata keçirilib.