Türkiyə İD təhlükəsilə üzləşən "45 min suriyalını qəbul edib"

Türkiyə Suriya ilə sərhədi açaraq İslam Dövləti hücumu təhlükəsilə üzləşən kürdlərin Kobane şəhərindən 45,000 adamı qəbul etdiyini bildirib.

Eyni zamanda strateji əhəmiyyətə malik şəhərin müdafiəsinə kömək etmək məqsədilə 300-dək kürd döyüşçüsü sərhədin Suriya tərəfinə keçib, fəallar bildirir.

İslam Dövləti Suriya və İraqda geniş ərazilərə nəzarət edir.

3 il əvvəl prezident Bəşər Əsədə qarşı üsyanın başlanmasından bəri Türkiyə 847,000 suriyalını qəbul edib.