"Leninakan məzarlıq dənizini xatırladırdı"

1988-ci il 7 dekabrda Ermənistanda baş verən dağıdıcı zəlzələnin 25-ci ildönümü ilə bağlı təbii fəlakətdə həlak olanların xatirəsi yad edilir.

Sabiq Sovet Respublikasının şimal bölgəsində 7 bal gücündə yeraltı təkanlar ən çox dağıntını Spitak və Leninakan/Gümri şəhərlərində törədib. Zəlzələdən daha xırda yaşayış məntəqlərilə yanaşı Stepanavan və Kirovokan/Vanadzor kimi iri şəhərlər zərər çəkib.

Asılxan Calairov
Şəklin alt yazısı, Asılxan Calairov zəlzələ xəbərindən sonra Ermənistana ezam olunan ilk sovet mütəxəssislərindən biri olub.

Rəsmi məlumatlara görə zəlzələ 25 adamın ölümünə bais olub. 10 minlərlə insan yaralanıb.

Ermənistana yardım göstərmək üçün keçmiş sovet respublikalarından göndərilən mütəxəssislər arasında SSRİ-nin inşaat işləri üzrə mərkəzi “Qosstroy” komitəsinin Qazaxıstan üzrə bölməsində çalışan Asılxan Kasseroviç Calairov olub.

Zəlzələdən sonra SSRi tarixində ilk dəfə olaraq xarici ölkələrdən yardım qəbul olundu.

Cənab Calairov BBC Azərrbaycancaya Spitakdan sonra ən çox dağıntı görən Leninakan şəhərinə qəfil səfərilə bağlı xatirələrilə bölüşüb.