Suriyada İD hədəflərinə hücumlar edilib
ABŞ və Ərəb ölkələri İslam Dövləti təşkilatının Suriyadakı mövqelərinə ilk dəfə havadan hücum edib.
Bazar ertəsi gecə həyata keçirilən hücumlarda ABŞ-ın quruda və dənizdə mənzillənən təyyarələri iştirak edib, Tomahawk gəmi raketləri Qırmızı Dəniz və Körfəzdəki iki donanma gəmisindən atılıb.
Bundan başqa, Amerika hərbi təyyarələrinin səkkiz dəfə bombardman hücumları etdiyi xəbər verilir.