İraq böhranı: Qaçqınlar Sincar dağını tərk edirlər
Bir neçə gün davam edən döyüşlərin ardınca İraq qaçqınlarının Sincar dağından çəkilməsi barədə İraq və Suriyada olan BBC müxbirlərinin reportajı.

Şəklin mənbəyi, BBC World Service
Kürd döyüşçüləri Sincar dağlarında 5 gün ərzaqsız və susuz qalan qaçqınları Suriyanın şimal-şərqindəki Derik şəhərinin Novruz düşərgəsinə aparırlar.

Şəklin mənbəyi, BBC World Service
"İslam Dövləti (İD) döyüşçüləri yüzlərlə adamı qətlə yetirib, onların başını kəsib, yüzlərlə qadını özlərilə aparıb. Biz ölürük - Yezidi azlığı soyqırıma məruz qalıb”, - 65 yaşlı qaçqın Xidier Şamo deyir.

Şəklin mənbəyi, BBC World Service
Şəkildəki iki bacı və onların ailəsi bu fotonun çəkilməsindən cəmi iki saat əvvəl kürd döyüşçüləri tərəfindən dağlarda aşkar olunub. Susuzluqdan əziyyət çəkdiyinə görə maşından tullanıb çıxmağa tələsən bacılardan birinin ayağı burxulub.

Şəklin mənbəyi, BBC World Service
"Ailəmlə birlikdə dağlarda 12 kilometr yol gəlmişəm. Uşaqlarım susuzluq və ishaldan əziyyət çəkir. Qohumlarımın hamısını itirmişik”, - bacılardan biri deyib. Bu arada 65 yaşlı qaçqın Farman Jendi (sağda) baş verənləri "siyasi və iqtisadi yox, dini müharibə” kimi dəyərləndirir.

Şəklin mənbəyi, BBC World Service
"İD-nin istədiyi kimi heç vaxt İslamı qəbul etməyəcəyik, biz ölümü üstün tuturuq”, - 18 yaşlı Amina Kalo deyir.

Şəklin mənbəyi, BBC World Service
Qaçqınlar Sincar dağlarını təhlükəsiz dəhlizlə tərk ediblər. Dağlıq bölgənin kələ-kütür yollarını yalnız yük maşınları qət etməyə qadirdir.
