Şəkillərdə: Yezidilər evlərini tərk edirlər

İslam Dövləti döyüçşçülərinin hücumlarına məruz qalan yezidilər doğma Sinjar şəhərini tərk edərək İraqın şimal rayonlarına üz tuturlar.

Yezidi oğlan uşaq. Şimali İraq, 11 avqust 2014.
Şəklin alt yazısı, Kürdlərin regional hökumətinin rəsmilərinə əsasən həftəsonu Sinjar dağlarında müvəqqəti sığınacaq tapan 20 mindən 30 minədək yezidi Suriya-İraq sərhədini keçməyə müvəffəq olub.
Yezidi icmasının üzvləri Sinjar dağlarında.
Şəklin alt yazısı, ABŞ və Britaniya hava nəqliyyatı vasitəsilə ucqar dağ sıralarında ilişib qalan yezidi didərginlərinə ərzaq və su çatdırılıb.
Yezidi qadın oğlu ilə Suriya sərhədində. 10 avqust 2014.
Şəklin alt yazısı, Yayın qızmar aylarında evlərini tələsikdə tərk edərək dağlıq bölgəyə sığınan yezidilər su və ərzaq çatışmazlığından əziyyət çəkirlər.
Yezidilər Sinjar şəhərini tərk edirlər. 10 avqust 2014.
Şəklin alt yazısı, BMT rəqəmlərinə əsasən su çatışmazlığı 50-dək uşağın ölümünə səbəb olub.
Yezidilər Suriyadan İraqa keçirlər. 10 avqust 2014.
Şəklin alt yazısı, Dağları arxada qoyub Suriya tərəfinə keçənlərin bir qrupu Dəclə çayı sahililə yenidən İraqa, kürdlərin nəzarətində olan ərazilərə qayıda bilib.
Yezidilər Suriyadan İraqa keçirlər. 10 avqust 2014.
Şəklin alt yazısı, Təşvişdə evlərini ayrı-ayrılıqda tərk edənlərdən bəziləri ailə üzvlərilə əlaqəni itirərək onların müqəddəratı barədə bixəbər qalırlar.
Peşmərgə üzvü yezidi oğlanına su uzadır. 10 avqust 2014.
Şəklin alt yazısı, Kürdlərin Peşmərgə qüvvələrinin üzvü İraqın Fişxabur keçid məntəqəsinə gələnlərə su paylayır.
Yezidilər Suriyadan İraqa keçirlər. 10 avqust 2014.
Şəklin alt yazısı, İraq-Suriya sərhədində yezidilərin hərəkət etdiyi ağzınadək dolu yük və minık maşınları müşahidə olunub.
Yezidilər Suriyadan İraqa keçirlər. 10 avqust 2014.
Şəklin alt yazısı, Bəziləri sərhədi avtomobilin bagajında keçiblər.