Şəkillərdə: Yemini ovlayan pantera xameleonu fotosu qalibdir

Hevyanat aləminə həsr olunmuş bu ilin beynəlxalq fotosərgisində 2014 ZSL Animal Photography Prize əsas mükafatına yemini ovlayan pantera xameleonunu əks etdirən şəkil layiq olub.

Simone Sbaraglia
Şəklin alt yazısı, 2014 ZSL Animal Photography Prize baş mükafatına yemini ovlayan pantera xameleonunu əks etdirən şəkil layiq olub. Fotonun müəllifi Simone Sbaraglia-dır.
Rajang, oranqutanq. Sarah Kilshaw
Şəklin alt yazısı, Müsabiqə London Zooloji Cəmiyyəti (ZSL) və beynəlxalq qoruq xeyriyyəsi tərəfindən təşkil edilib. Müsabiqə gedişində minlərlə şəkil nəzərdən keçirlib. Gənc iştirakçılar kateqoriyasında Sarah Kilshaw oranqutan əks olunmuş ağ-qara fotoşəklilə qalib gəlib.
Giraffes,y Graham Morrison.
Şəklin alt yazısı, Müsabiqə 6 kateqoriyada keçirilib. Təcrübəli ustalarla yanaşı tədbirdə gənc müəlliflər də iştirak edib. Perfect Moment (Mükəmməl An) kateqoriyasında Graham Morrison tərəfindən təqdim edilmiş bu Zürafələr fotosu tərifə layiq görülüb.
Hindu pinqvin
Şəklin alt yazısı, Tom Way tərəfindən çəkilmiş dalğa üzərindən hoppanan hindu pinqvini şəkli Mükəmməl An kateqoriyasında finalçılar arasında olub.
Zebra, Sally Kilpin
Şəklin alt yazısı, Weird and Wonderful (Qəribə və Heyrətamiz) kateqoriyasında qələbəyə Sally Kilpin müəllif olduğu nadir pozada zebra əks olunmuş fotokadr layiq görülüb.
Uzun qulaqlı gecəquşu (Asio otus). Jason Brown
Şəklin alt yazısı, Həmin kateqoriyada Jason Brown-un müəllifi olduğu uzun qulaqlı bayquşun şəkli tərifə layiq görülüb.Müəllif bu fotoya "Yağışda nəğmə oxuyan" adı verib.
"Rəngarəng xanım" kəpənək. Alex Berryman
Şəklin alt yazısı, Size matters (Əndazə) kateqoriyasında gənc müəllif Alex Berryman-ın çəkdiyi "Rənglənmiş ledi" kəpənək şəkli qalib gəlib.
Boz Yağışcüllütü (Pluvialis squatarola). Alex Berryman
Şəklin alt yazısı, Berryman eləcə də, Last Chance to See ( Görməyə tələs) kateqoriyasında Boz Yağışcüllütü quşunun bu şəklinə görə gənc müəlliflər üçün nəzərdə tutulmuş mükafata layiq görülüb. Bu quşlar dəniz sahilinin qırağında bir qayda olaraq qurd və qabıqlı dəniz heyvanlarını dimdikləyərək yemlənirlər.
Yapon drnaları cütlüyü. Simone Sbaraglia
Şəklin alt yazısı, Simone Sbaraglia 'The Birds and the Bees' (Quşlar və arılar) kateqoriyasında cütləşmə mövsümündə Yapon durna cütlüyünü çəkə bildiyinə görə 1-ci mükafata layiq görülüb.
Qara İti Rif Köpəkbalığı və Koral Rifi
Şəklin alt yazısı, 'Deep and Meaningful' ( Dərin və məzmunlu) kateqoriyasında təcrübəli müəlliflər arasında Qara İti Rif Köpəkbalığı fotosuna görə Stuart Chape qalib elan olunub. Müsabiqədə qalib gəlmiş və final mərhələsinə seçşilmiş fotoşəkillərin sərgizi sentyabrın 19-dan ZSL London zooparkında təşkil olunub.