Əkrəm Əylisli Nobel mükafatına layiq görülməsindən danışır

Əkrəm Əylisli öz namizədliyinin ədəbiyyət üzrə Nobel mükafatına irəli sürülməsi barədə mətbuatda yayımlanan xəbəri sevinclə qarşıladığını deyib.

BBC Azərbaycancaya müsahibəsində yazıçı bildirib ki, onun “humanist əsərinin” millətlərarası münasibətlərə və əminamanlığa müsbət təsiri olub.

2012-ci ildə Rusiya jurnalinda dərc olummuş “Daş yuxular” romanı Azərbaycanda tənqid olunub və “Xalq yazıçısı” və fəxri təqaüddən məhrum edilmiş müəllif təqiblərə məruz qalıb.

Bir qrup alim, yazıçı, mədəniyyət və ictimaiyyət xadimi Nobel Komitəsinə müraciətində Əkrəm Əylislini “Ermənistan və Azərbaycan xalqları arasında düşmənçiliyin aradan qaldırılması işində göstərdiyi cəsarətə görə” mükafata namizəd kimi göstərib.

Əkrəm Əylisli ilə BBC Azərbaycanca müxbiri Elçin Süleymanov söhbət edib.