Xəyal avtomobilləri: innovativ dizayn və konseptual ideyalar

Amerikanın Atlanta şəhərindəki İncəsənət Muzeyində avtomobil dizaynı təkamülünü əks etdirən "Dream Cars" sərgisi açılıb.

Edsel Ford Model 40 Special Speedster, 1934. Foto: Steve Petrovich Shooterz LLC
Şəklin alt yazısı, Atlanta şəhərinin İncəsənət Müzeyində açılmış sərgi avtomobil dizayn təmayüllərinin inkişafına həsr edilib. Şəkildə: 1934-cü ildə Edsel Ford və Eugene T “Bob” Gregorie-nin yaratdığı “ Edsel Ford Model 40 Special Speedster” avtomobilidir.
Bugatti Type 57S Compétition Coupé Aerolithe. Foto: Joe Wiecha
Şəklin alt yazısı, Sərgidə Avropa və ABŞ istehsalçılarının konseptual dizayn ideyaları, avtomobillərin modelləri və layihə rəsmləri təqdim olunub. "Bugatti Type 57S Competition Coupe Aerolithe" avtomobili 1935-ci ildə Jean Bugatti və Joseph Walter-in birgə layihəsi üzrə yaradılmışdır.
Stout Scarab, 1936. Designed by William B. Stout. Courtesy of Larry Smith. Michael Furman
Şəklin alt yazısı, “Dream Cars" avtomobilləri arasında nümayiş etdirilən conseptual modellər hazırkı dövrün təmayülləri kənarına çıxan dizaynın inkişaf imkanlarını sərgiləyir”, - sərginin kuratoru Sarah Schleuning bildirir. "Stout Scarab" 1936-cı ildə William B Stout tərəfindən yaradılıb.
L’Oeuf électrique,1942. Designed and fabricated by Paul Arzens. Courtesy Musée des Arts et Métiers, Paris, France. Photo: Michel Zumbrunn and Urs Schmid
Şəklin alt yazısı, "Bu nümunələr kütləvi istehsala verilməsələr də texnologiya ilə stil baxımından avtomobil sənayesinin imkanlarına yenidən nəzər salmağa sövq ediblər”, - Schleuning əlavə edir. Dizayner Paul Arzens-in L’Oeuf electrique modeli.
Norman Timbs Special, 1947. Designed by Norman Timbs. Courtesy of Gary and Diane Cerveny. Photo: Peter Harholdt
Şəklin alt yazısı, Mühəndis və mexanik Norman Timbs 1947-ci ildə "Timbs Special" avtomobilini şəxsi istifadəsi üçün yaratmışdır. Layihə təqribən 2 il yarım davam edərək 10 min dollara başa gəlib.
General Motors Le Sabre XP-8, 1951. Designed by Harley J. Earl and GM Styling Section staff. Courtesy of General Motors Heritage Center, Warren, Michigan. Michael Furman
Şəklin alt yazısı, İkinci Dünya Müharibəsindən sonra General Motors yeni cəlbedici avtomobilə ehtiyac duyurdu. 5 il müddətində aparılan işin yekunu olaraq "Le Sabre XP-8" modeli təqdim olundu.
Buick Centurion XP-301, 1956. Designed by Harley J. Earl and Charles “Chuck” Jordan. Courtesy of Sloan*Longway Museum, Flint, Michigan. Michael Furman
Şəklin alt yazısı, General Motors şirkəti yeni avtomobillərini nümayiş etdirmək üçün 1949-1961-ci illərdə Motorama sərgilərini təşkil edib. Nyu Yorkda keçirilən həmin sərgilərin birində Buick Centurion XP-301 modeli təqdim olunub.
Dizayner Маrcello Gandinin yaratdığı Lancia (Bertone) Stratos HF Zero avtomobili İtaliyanın Turin şəhərində nümayiş etdirilib.
Şəklin alt yazısı, 1959-cu ildə Harley J Earl və Carl Renner-in yaratdığı Cadillac Cyclone XP-74 Motorama sərgisində nümayiş etdirilib.
General Motors Firebird I XP-21, 1953. Designed by Harley J. Earl, Robert F. “Bob” McLean, and GM Styling Section staff. Courtesy General Motors Heritage Centre. Michael Furman
Şəklin alt yazısı, Atlanta şəhərinin İncəsənət Muzeyində keçirilən “Dream Cars: Innovative Design, Visionary Ideas” sərgisi sentyabr ayının 7-dək açıqdır. "Firebird I XP-21" avtomobili Harley J Earl və Robert F “Bob” McLean və General Motors-un dizaynerlərinin ortaq layihəsidir. (General Motors Heritage Centre.) Fotolar - www.high.org