
Vətəndaş Cəmiyyəti QHT-lərlə bağlı qanunların dəyişdirilməməsi üçün Prezidentə, Parlamentə və xarici təşkilatlara müraciət edəcək.
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
Azərbaycanda vətəndaş cəmiyyəti Milli Məclisdə müzakirəyə çıxarılan qeyri-hökümət təşkilatları, ictimai birliklər, siyasi və dini partiyalar və xarici təşkilatların yerli nümayəndəliklərinin qrant və ya ianə qəbulu ilə bağlı qanunvericiliyə dəyişiklər edilməsinə qarşı çıxır.
İctimai fəallar qrant müqaviləsi, yaxud qrant haqqında rəsmi qərar olmadan maddi yardımı qadağan edən yeni qanun dəyişmələrinin qəbul edilməməsi üçün prezident İlham Əliyev və Milli Məclisə müraciət etməyi planlayır.
Onlar həm də mandatı olan təşkilatlardan Avropa Şurası və ATƏT, eləcə də səfirliklərdən "mövqe" göstərməyi istəyib.
Çərşənbə günü Parlamentdə Qrant haqqında, Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında, Dini etiqad azadlığı haqqında qanunlara və eyni zamanda İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi təklif edilib.
Vətəndaş cəmiyyəti əsasən qrant müqavilələrinin təqdim edilməməsinə görə səkkiz mindən 15 minə qədər cərimələr və İnzibati xətalar məcəlləsinə Qrant haqqında qanunvericiliyin pozulması maddəsinin əlavə olunmasını problem hesab edir.
Qrant haqqında qanunvericiliyin pozulması maddəsində hansı hallarda qanunun pozulması göstərilməyib, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir.
Onun sözlərinə görə, bu qanunlara dəyişiklər icra hakimiyyəti orqanları və digər nəzarət qurumlarına imkan verir ki, qeyri-hökümət təşkilatları, dini və siyasi qurumların işinə müdaxilə etsin.
Həsənov qeydiyyatdan keçməyən QHT-lərin də bu təhlükəli cərimələrlə üzləşə biləcəyini deyir.
Onlar buna görə, fiziki şəxs kimi cəzalana bilər, onların qrant vəsaiti və əmlakı da müsadirə edilə bilər.
İndiyə kimi qeydiyyatdan keçməyən bu cür birliklər təşəbbüs qrupu kimi, digər qeydiyyatdan keçmiş təşkilatın adından müqavilə bağlayaraq qrant alır və layihə keçirirdi.
Hüquq müdafiəçisi Əsabəli Mustafayev, bu dəyişikliklərlə hökümətin, ilk növbədə, qeydiyyatsız, amma fəaliyyət göstərən QHT-ləri sıradan çıxaracağını güman edir.
Ekspertlərə görə, Azərbaycanda qeydiyyatla bağlı problemləri olan yüzlərlə təşkilat mövcuddur.
Demokratiyanı Öyrənmə İctimai Birliyi 2012-ci ildə açıqladığı statistikaya görə, 2006-ci ildə qeydə alınmış QHT-lərin sayı 548, 2007-də 361, 2008-də 246, 2009-da 162 və 2010-da 124 olub.
Hüquqşunas Ələsgər Məmmədli qrantlarla bağlı qanun qəbul olarsa, Konstitusiyanın 25-ci maddəsinin pozulacağına dair misal gətirib.
RATİ Ədliyyə Nazirliyinə sorğu göndərir, cavab verilmirsə, nazirlik 90 manat cərimə olunur, amma ƏN RATİ-yə sorğu göndərir və cavab almırsa, onda RATİ 18 min manat cərimə olunur.
Məmmədliyə görə, burada hamının qanun qarşısında bərabərliyi prinsipi pozulur.
Bu dəyişikliklər də daxil olmaqla, ekspertlər Azərbaycanda qanunvericilik sahəsində 2005-ci ildən geriləmə müşahidə etdiyini deyir.
Digər müzakirə edilən qanun icra hakimiyyəti və yerli özünüidarə orqanları faktiki olaraq, öz vətəndaşlar cəmiyyətini yaradacaq və deyəcək ki, bu biz, bu da vətəndaş cəmiyyətimiz, Məmmədli bildirir.
Çərşənbə günü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi həm də, yeni "İctimai iştirakçılıq haqqında" qanun layihəsi müzakirəyə çıxarıb.
APA layihənin müəllifi deputat Azay Quliyevin sözlərinə istinadən yazır ki, ictimai iştirakçılıq yolu ilə adları çəkilən qurumların fəaliyyətində şəffaflıq təmin olunacaq.
BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.