BBC

BBC navigation

Fərz edək ki, Marsda yaşayırıq

Fərz edək ki, Marsda yaşayırıq

  • Qırmızı planetdə insan həyatı necə olardı? Mars Tədqiqat Cəmiyyəti Utah səhrasında bunun mümkünlüyünü araşdırırlar.
  • Alimlər səhrada birgə işləyir, oxuyur və yaşayırlar. Onların yaşadığı şərait Marsdakı həyatı simulyasiya etmək məqsədilə qurulub.
  • Geoloji nümunələrin toplanması kimi kəşfiyyat işləri təqlidi kosmos kostyumlarını geyməklə və hava ilə təchiz olunmuş kisələri daşımaqla həyata keçirilir.
  • Cəmiyyət insanın Mars planetini fəth etməsinin mümkünlüyünü araşdırmaq məqsədini qarşısına qoyub.
  • Elmi araşdırma Marsda Gale kraterindəki şəraitin təqlidi üzərində qurulub.
  • Geoloqlar, astro-bioloqlar, mühəndislər, mexaniklər, həkimlər və digərləri həftələrlə və bəzən aylarla nisbi təcrid şəraitində yaşayır.
  • Onların evləri böyük deyil və işığı, yeməyi, oksigeni və suyu məhduddur.
  • Cəmiyyətin həmçinin Kanada Artikasında, Avstraliya və İslandiyada tədqiqat mərkəzləri var.

More Multimedia

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>