Kobani: Suriya kürdləri İD döyüşçülərinə qarşı hücuma keçib

Kobani

Şəklin mənbəyi, REUTERS

Şəklin alt yazısı, Məlumatlara görə, Kobani şəhərini müdafiə edən kürd döyüşçüləri İD qüvvələrinə qarşı hücuma keçiblər

Kobani şəhəri ətrafında toqquşmalar davam etdiyi halda, kürd qüvvələrinin İD döyüşçülərinə qarşı hücuma keçdiyi xəbər verilir.

Ötən gün ABŞ-ın rəhbərlik etdiyi koalisiya Kobani ətrafında İD mövqelərinə hava zərbələri endirib.

Məlumatlara görə, bu, koalisiyanın İD-ə qarşı keçirdiyi ən davamlı hava hücumu əməliyyatı olub.

Hava zərbələrindən sonra İD döyüşçülərinin Kobani şəhərinə hücumu dayandırılıb.

Şəklin mənbəyi, BBC World Service

Şəhərini müdafiə edən kürd döyüşçüləri qeyd ediblər ki, son hava zərbələri indiyədək həyata keçirlmiş havadan hücumların ən səmərəlisi olub.

Son məlumatlara görə, koalisiyanın hava zərbələrinin nəticəsindən ruhlanan kürd döyüşçüləri İD qüvvələrinə qarşı hücuma keçiblər.

Suriyada BMT səfiri beynəlxalq birliyi Kobani şəhərinin İD qüvvələrinin əlinə keçməsinə yol vərməməyə çağırıb.

"Kobani şəhərinin İD tərəfindən alınması qırğın və humanitar faciə ilə nəticələnəcək", Staffan de Mistura BBC-ə deyib.

Bu arada Türkiyədə kürdlərin keçirdiyi etiraz aksiyaları zamanı <link type="page"><caption> 12 nəfər ölüb</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/10/141008_turkey_kurds_protest.shtml" platform="highweb"/></link>.

Kürdlər Türk hərbiyyəsinin Kobani şəhəri ətrafında yaranmış vəziyyətə müdaxilə etməməsindən narazıdırlar.

Müşahidəçilərə görə, Kobane uğrunda döyüşlərdə azı 400 nəfər həlak olub, son bir neçə həftə ərzində bu ərazidən 160 000 suriyalı sərhədi keçərək Türkiyəyə gəlib.