Neftçalada 14 yaşlı qızın üç il ərzində müxtəlif kişilər tərəfindən zorlandığı iddia edilir

    • Müəllif, Aygül Mehman, Səadət Akifqızı
    • Vəzifə, BBC News Azərbaycanca
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Bura 3 ildir ki, zorlamaya məruz qaldığı iddia olunan 14 yaşlı, adını çəkmədiyimiz azyaşlı qızın yaşadığı evdir.

Rəngi solmuş qırmızı döşəməli, yaşıl divarlı, bəlkə də aylarla təmizlənməmiş, əşyaları sınıq-salxaq, qab-qaşığı qoymağa dolab olmadığından divar dibinə düzülmüş bu evdə o, əqli əlilliyi olan atası, 3 azyaşlı qardaşı ilə birgə himayələrində olduğu eşitmə çətinliyi olan, 80 yaşlarındakı baba-nənəsi ilə yaşayıb.

Onun müxtəlif vaxtlarda bu evdən çıxarılaraq, günün günorta vaxtı küçələrində adam gözə dəyməyən, sahibsiz itlərin dolaşdığı bu kəndin yiyəsiz evlərində öz qohumu və başqa kişilər tərəfindən zorlandığı iddia olunur.

BBC News Azərbaycancanın hadisə yerində olan müxbirləri azyaşlının ailəsi ilə danışa bilməyib.

Danışmaqda, fikirlərini izah etməkdə çətinlik çəkən nənənin rabitəsiz nitqindən bircə o anlaşılır ki, azyaşlı qızı polislər harasa aparıblar və o, indi nəvəsini geri istəyir. Yaşı təxminən 80-i haqlamış baba da verilən suallara cavab verə bilmir.

14 yaşlı qızın özündən 3 yaş böyük və iki kiçik qardaşı evdə yoxdur.

Zərərçəkənlə danışan, Neftçala rayonunun Xolqaraqaşı kənd bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağı qızın ona müxtəlif adlar söylədiyini deyir.

Neftcala