Kobani ətrafında şiddətli döyüşlər davam edir

Kobani şəhərinə İD həmlələri 15 sentyabrda başlayıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kobani şəhərinə İD həmlələri 15 sentyabrda başlayıb.

Türkiyə sərhədi yaxınlığındakı Suriyanın Kobani şəhəri üzərinə İslam Dövləti döyüşçülərinin həmlələri davam edir. Şəhərin mərkəzi intensiv atəşə tutulmaqdadır.

Ötən gündən başlayaraq ABŞ rəhbərliyi altında yaradılan koalisiya qüvvələri şəhər ətrafında cəmləşən İD mövqelərinə hava zərbələri endiriblər.

Təsdiqlənməmiş məlumata görə aviahücumlar nəticəsində ən azı 35 cihadçı öldürülüb.

Bu arada yerli kürdlər və Suriyadan gələn kürd qaçqınları ilə Türkiyə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Ordu kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Cümə günü ABŞ vise-prezidenti Joe Biden-in Harvard Universitetindəki çıxışında Türkiyə və müttəfıq ərəb dövlətlərini İD kimi sünni qruplara məxfi dəstəkdə suçlayıb.

Türkiyə prezidenti iddiaların əsassız olduğunu bildirib.

Türkiyə təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə ediblər.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Türkiyə təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə ediblər.
Ötən ay Kobaniyə ilk həmlələrdən sonra 160 mindən çox əsasən kürd sakini Türkiyəyə pənah gətirib.

Şəklin mənbəyi, epa

Şəklin alt yazısı, Ötən ay Kobaniyə ilk həmlələrdən sonra 160 mindən çox əsasən kürd sakini Türkiyəyə pənah gətirib.

"Əgər bu mövzuda Biden, bu cür ifadələr işlədibsə, Biden mənim üçün tarixə təslim olmuşdur”, - Recep Tayyip Erdoğan deyib.

Cümə günü Türkiyənin baş naziri Ahmet Davudoğlu deyib ki, Suriyanın sərhəd bölgəsindəki Kobani şəhərinin İD döyüşçülərinin nəzarətinə keçməsinin qarşısını almaq üçün ölkəsi əlindən gələni edəcək.

Cənab Davutoğlunun bəyanatından bir gün əvvəl Türkiyə parlamenti ordusunu İraq və Suriyaya daxil olmağa, eynilə xarici əsgərlərə əməliyyatlarında onun ərazisindən istifadə etməyə izn verən qətnaməni dəstəkləyib.

Kobani şəhərinə İD həmlələri 15 sentyabrda başlayıb.

O zamandan bəri şəhəri tərk edən 160 mindən çox əsasən kürd sakini sərhədin Türkiyə tərəfinə keçib.