İslam Dövləti əsirliyindən 16 nəfər qaça bilib

Suriya müxalifətinin xəbər verdiyinə görə Hassaka şəhərində İD döyüşçüləri tərəfindən əsir saxlanan azı 16 nəfər ABŞ aviasiyasının zərbələrindən sonra yerli həbsxanadan qaçmağa nail olublar.
Qaçaq əsirlərdən birinin söylədiyinə əsasən, şəhərə bir müddət amerika aviasiyası havadan zərbələr endiribmiş.
Bundan sonra naməlum şəxs onun digər əsirlərlə qaldığı kamerasının qapısını açıb, nəticədə əsirlər həbsxanadan qaça biliblər.
Əhvalatı danışan əsir həbsxanadan qaçarkən İD döyüşçülərinin cəsədlərini gördüyünü qeyd edib.
Məlumatlara görə, hadisə baş verdiyi ərazidə İD-nin azı 30 döyüşçüsü həlak olub, onların əksəriyyətinin xarici vətəndaş olduğu bildirilir.
