#BBCAzeriTrending: Müsəlmanlar Twitterdə nə üçün üzr istəyir?

#MuslimApologies

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "Möhtəşəm memarlığa görə də bizi bağışlayın. Məsələn, Taj Mahal. Çox üzr istəyirik"

Dünya müsəlmanları İslama qarşı düşmənçilik əleyhinə çıxmaq məqsədilə sosial mediada istehzalı mesajlar paylaşmağa başlayıblar.

Mülayim müsəlmanlar terrorçu qrupları və onların əməllərini qınamaq üçün ilk olaraq #NotInMyName (#MənimAdımdanDeyil) həştəqindən istifadə etməyə başladılar.

"Əl-Qaidə, Taliban, İŞİD və 9/11 [11 sentyabr terror aktları] məni təmsil etmir çünki mənim dinim nifrət və qətli öyrətmir", bu tipli tvitlər çox olub.

Həftə ərzində 50 min dəfəyə yaxın istifadə olunmuş bu həştəqli tvitlərin sayı artmaqdadır.

Amma bu kampaniyanı hamı dəstəkləməyib. Bəzilərinin fikrincə, bu cür aksiyalar sadəcə Qərb mediasının razı salmaq üçün nəzərdə tutulub.

"Müsəlmanlar islamofoblara öz insanlıqlarını sübut etmək üçün #notinmyname kimi kampaniyalarla özlərini öldürürlər, bundan bezmişəm", bir istifadəçi yazıb.

"Cəbrə görə üzr istəyirəm"

Qısa müddətdən sonra bu həştəqin satirik tayı ortaya çıxdı. Çərşənbə axşamı günü peyda olan #MuslimApologies (#MüsəlmanlarınÜzrxahlığı) həştəqi tezliklə populyarlıq qazanmağa başladı. Cəmi iki gün ərzində həştəq ən azı 30 000 dəfə istifadə olunub.

Al-Khwarizmi

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Bir çoxu müsəlman riyaziyyatçı Əl-Xarəzminin fotolarını paylaşıb

"Cəbrə görə, kameralara görə, universitetlərə görə, xəstəxanalara görə, qəhvəyə görə də üzr istəyirəm", biri yazıb.

"Qəhvəyə görə, çeklərə görə, paraşütlərə görə, kimyaya görə, peyvəndlərə görə, sabuna, şampuna, kameralara görə çox üzr istəyirəm", digər istifadəçi tvitləyib.

"Üzr istəyirəm ki, dünyanın ilk universitetini təşkil edən adam, Fatima Muhammad Al-Fihri, müsəlman qadın olub", yazıb daha bir Twitter istifadəçisi.

Zidane

Tezliklə tvitlərin absurd dərəcəyə çatdığını görmək olar. Məsələn, "Üzr istəyirəm ki, o, ayaqqabılarını çıxartdı", və ya "Yaşamaq üçün zəruri hesab etdiyiniz hər şeyi kəşf etdiyimiz üçün üzr istəyirəm". Hər ikisini yüzlərlə istifadəçi retweet edib.

Zinedine Zidane

Şəklin mənbəyi, Getty

Hazırda bu mövzu ən çox fransız dilli ölkələrdə yayılır. Həmin həştəqin fransızcaya tərcüməsi (#LesMusulmansSexcusentPour) minlərlə dəfə istifadə olunub.

Bəziləri futbolçu Zinedine Zidane-a görə üzr istəyiblər, digəri isə sual edib: "Kimsə xristianlardan Hitlerə görə üzr istəməyi tələb edib?"

<italic>Xəbəri </italic><link type="page"><caption> #BBCtrending</caption><url href="bbc.com/trending" platform="highweb"/></link><italic>hazırlayıb.</italic>