#BBCAzeriTrending: Türkiyənin gecəqondularında çəkilən serial
Dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda da təkrarlanan bir hadisə Türkiyə paytaxtı Ankarada da baş verir.
Ankaranın Çinçin gecəqondusunda yaşayan sakinlər yeni binalara köçürülür. Bu, böyük bir dəyişiklikdir. Sakinlər isə hadisədən komediya hazırlayaraq, onu YouTube saytında yayımlamağa başlayıblar.
#BBCtrending Çinçinə səfər edib və "<link type="page"><caption> Yolunda A.Ş</caption><url href="https://www.youtube.com/user/YolundaASdizi" platform="highweb"/></link>" serialının hazırlanmasına iştirak edənlərlə görüşüb.
Serialın çəkilişi gecəqondunun özündə baş verir. Onu "qara komediya" adlandıran rejissor Mertcan Ertürk deyir ki, məqsəd, Çinçinin "yoxsul adamlarının, real adamlarının" problemlərini və hekayələrini hamıya çatdırmaqdır.
Adamlar şikayətlidir ki, onlar hazırda yaşadıqları daxmalardan yeni tikilmiş binalardakı mənzillərə köçürülür - bu mənzillər üçün isə böyük əmanət ödəməlidirlər.
"Mən həyatımdan məmnunam, gecəqonduda böyümüşəm, gecəqondu uşağıyam", sakinlərdən biri deyir.
"Evimizi əlimizdən aldılar, indi geri satırlar", deyə digəri şikayət edir.
Problemin bir hissəsi elə ondadır ki, gecəqondularda yaşayanlar bu serialı izləyə də bilmirlər, çünki onların internetə keçidi yoxdur. Yeni tikilən binalarda isə internet var.
Kənardan müsbət bir addım kimi qiymətləndirilsə də rejissor Mertcan Ertürkün fikrincə əslində heç də elə deyil.
"Adamlar bu həyata öyrəşib - axı bu, bir mədəniyyətdir. Böyük binalara köçəndə isə bu mədəniyyət itir".
Milyonlarla adamın izlədiyi onlayn serial hazırda müstəqil filmə çevrilməkdədir.
<italic>Videonu <link type="page"><caption> BBC Trending</caption><url href="http://www.bbc.co.uk/news/blogs/trending/" platform="highweb"/></link> hazırlayıb. Video jurnalist: Neil Meads.</italic>