#BBCAzeriTrending: Rohaninin gözlənilməz tviti

Şəklin mənbəyi, twitter
İran prezidenti hicabsız qadın şəklini Twitterinə çıxarmaqla indiyədək misli görünməmiş addım atıb. Söhbət şöhrətli Fields Medalının ilk qadın qalibi olan iranlı riyaziyyatçı Məryam Mirzəxani haqqında gedir.
"Fields Medalını qazanmış ilk qadın olan, biz iranlıları qürurlandıran Məryam Mirzaxaniyə təbriklər”, - Rohani bu tvit iki şəkillə müşayiət olunub.
Birində xanım Mirzəxani İran qanunlarına uyğun olaraq hicablı, digərində isə başı açıq çəkilib.
İran prezidentinin messajı az qala 3,000 dəfə paylaşılaraq çoxsaylı şərhlərə səbəb olub.
"İranda qadınları onu kimi oxuyub uğurlu olmağa həvəsləndirəcək, yoxsa həmişəki kimi əzəcəksən?”, - İran liderinin tvitində riyakarlığa işarə edən istifadəçilərdən biri yazıb.
"İran diasporası Mirzəxaninin şəkillərinin istifadəsinə görə həyəcanlanıb”.
“Getdikcə daha çox qadına müxtəlif Universitet fakültələrində oxumağın yasaqlanması barədə süküt”ə münasibət bildirən daha bir istifadəçi isə iki il əvvəl qadın təhsilinə dair qoyulmuş qadağanı xatırladır.
Yüksək peşakarlığı ilə seçilən qadın barədə tvit İrandan “beyin axınıı”nın qarşısının alınmasına yönələn bir cəhd kimi də izah olunur.
Belə görünür ki, İran prezidentinin fars dilindəki Twitter hesabında bu fikir öz təsdiqini tapır.
“Bu İrandakı gəncləri həvəsləndirəcək”, immiqrasiyanın "yeganə yol olmadığı" barədə yazan istifadəçilərdən biri qeyd edir.
Təhsilini Amerikada başa vurmaq üçün vaxtilə İran tərk etmiş xanım Mirzəxani də ABŞ vətəndaşıdır.
Son illər ərzində karyeralarını irəliləmək arzusunda olan on minlərlə iranlı qadın Avropa və Şimali Amerikaya köçüb.
Twitterdəki şəkillərdən fərqli olaraq İranın ənənəvi mediasında Məryam Mirzəxanin yalnız hicablı şəkli istifadə olunub.
İran mediasında başı açıq qadın təsvirlərinin yerləşdirilməsi qeyri-məqbul sayılır və ona çox nadir hallarda rast gəlmək olar. Bu hicaba təhqir və islam dəyərləri əleyhinə addım hesab oluna bilər.
Rohani bundan əvvəl dini geyim qaydalarına dair daha mülayim mövqe tutacağına işarə edib. Ötən ilin iyul ayında o qaydaları pozan qadınlara qarşı sərt addımları tənqid edib.




