Riyaziyyat üzrə mükafatın ilk qadın qalibi iranlıdır

Maryam Mirzakhani

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Professor Məryam Mirzəxani Kaliforniyadakı Stanford Universitetində dərs deyir

ABŞ-da işləyən iranlı riyaziyyatçı, şöhrətli Fields Medalının ilk qadın qalibidir.

Professor Məryam Mirzəxani mürəkkəb geometriya sahəsindəki işlərinə görə bu mükafata layiq görülüb.

Dörd ildən bir Seoulda keçirilən Beynəlxalq Riyaziyyat Konqresində dörd medal verilib.

Kanadalı riyaziyyatçı John Fields-ın başladığı bu mükafat çox vaxtı "riyaziyyatın Nobel Mükafatı" adlandırılır. Medalı alanlara həmçinin 15 000 Kanada dolları (təxminən 11 000 manat) verilir.

İlk dəfə 1936-cı ildə təqdim olunan və 1950-ci ildən sonra dörd ildən bir verilən bu mükafat ən azı iki, ən çoxu dörd elmi əməkdaşa verilir. Onların yaşı 40-dan çox ola bilməz, çünki Fields qaliblərin "daha böyük nailiyyətlər" üçün çalışmasını istəyirdi.

Şəklin mənbəyi, BBC World Service

Üç digər medal Britaniyanın Warwick Universitetindən Professor Martin Hairer, braziliyalı Dr Artur Avila və kanadalı Professor Manjul Bhargava tərəfindən qazanılıb.

Professor Mirzəxani Kaliforniyadakı Stanford Universitetində dərs deyir.