#BBCAzeriTrending: Twitter Foley-ni müsbət xatırlamaq istəyir

James Foley

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "O iyrənc hadisənin şəkillərini və videolarını paylaşmaqdansa, budur James Wright Foley. Onu və görüyü işləri yadda saxlayın"

Suriyada başı kəsilərək öldürülən amerikalı müxbir James Foley-nin öldürülməsini göstərən foto və videolar sosial mediada yayılıb və bunu görən çoxsaylı istifadəçin sarsılmasına səbəb olub. Bir çox adam Foley-nin daha ürəkaçan şəkillərini və xatirələrini paylaşmağa çağırıb.

Özünü İslam Dövləti adlandıran cihadçı qrupun yaydığı videoda 2012-ci ildə itkin düşmüş amerikalı jurnalistin başının kəsilməsi göstərilib. Görüntülər YouTube və Facebook şəbəkələrinə yüklənilib, fotolar isə Twitterdə paylaşılır.

Çərşənbə günü sarsıdıcı fotoların paylaşılmasına qarşı olanlar #ISISMediaBlackout (#İŞİDMediadaİşıqlandırılmasın) həştəqini Twitterdə 11 000-dən çox dəfə istifadə edib. Bundan savayı bir çoxu bunun əvəzinə müsbət fotoların və xatirələrin paylaşılmasına çağırıb.

"O iyrənc hadisənin şəkillərini və videolarını paylaşmaqdansa, budur James Wright Foley. Onu və gördüyü işləri yadda saxlayın", onlardan biri deyib və yuxarıdakı fotonu paylaşıb. Həmin tvit 2 000-dən çox dəfə paylaşılıb.

"Düz deyirsən. Başkəsmənin tamaşaya çevrilməsi dəhşətlidir", istifadəçilərdən biri ona cavab yazıb. Amma bu mövqe ilə hamı razı deyil.

"Dünya bizim üzləşdiyimiz barbarları görməlidir, məncə James də bunu istəyərdi, əks halda (şəkilləri göstərməsək), o əbəs yerə ölüb!" digəri yazıb.

Amma ümumilikdə mesajı böyük əksəriyyət dəstəkləyib.

James Foley

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "Hörmətli Media, Lütfən jurnalist James Foley-nin ölümünü göstərən fotoları paylaşmayın - əvəzinə gəlin bunu paylaşaq"

Amerikada yaşayan jurnalist Pranaav Jadhav yuxarıdakı foto ilə birlikdə buna oxşar mesaj paylaşıb.

"Hörmətli media, lütfən jurnalist James Foley-nin ölümünü göstərən fotoları paylaşmayın - əvəzinə gəlin bunu paylaşaq", o tvitləyib. BBC Trending-ə danışan Jadhav deyir ki, İŞİD-in əsl üzünü göstərmək barədə arqumentlər olsa da, qrup "bu videoları yaymaqla ziyan vurmaq istəyir deyə onlara qarşı mövqe tutmaq önəmlidir".

James Foley

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "Qoymayın İŞİD qalib gəlsin. James Foley-ni müsbət yadda saxlayın! Onun həyatını bayram edin!"

"James Foley-nin başının kəsilməsini göstərən videonu axtarmaqdansa, onun işlərini axtarın, o, qaranlıqdan məlumat yayarkən öldü", daha bir jurnalist deyib. "Əvəzinə bunu paylaşın", Foley-nin əsir alınmasından bir ay əvvəl GlobalPost nəşrində çap olunan məqaləsini paylaşan digəri deyib.

Digərləri onun Medill Universitetində çıxışını və ya 2011-ci ildə BBC-yə verdiyi müsahibəni izləməyi məsləhət görüblər.