Qəzza: İsrailin hücumları nəticəsində "100-dən çox" adam ölüb

Şəklin mənbəyi, REUTERS
İsrailin Qəzzaya hava hücumları nəticəsində ölənlərin sayı 100-ə çatıb, Fələstin mənbələri deyir.
Məlumata görə, son dəfə cümə günü Bureij ərazisində maşında oturan iki adam ölüb.
Çərşənbə axşamı günündən etibarən Qəzzadan raketləri dayandırmaq üçün işə salınan əməliyyat nəticəsində İsrail havadan yüzlərlə hücum endirib. Döyüşçülərin İsrailə atdığı raketlər ziyan vurmağa və xəsarət yetirməyə davam edir.
Daha əvvəl ABŞ İsrailin Baş nazirinə zəng edərək barışıq əldə etmək üçün vasitəçilik etməyi təklif etmişdi.
Misir və Türkiyə İsrailin zor tətbiq etməsini tənqid edib.

Şəklin mənbəyi, BBC World Service
Fələstin səhiyyə nazirliyi deyir ki, ölənlərdən savayı 675 adam xəsarət alıb, onların əksəriyyəti mülki şəxslərdir.
İsrail isə ölənlər arasında "onlarla terrorçu" olduğunu deyir.
İsraildə Ashdoddakı benzin stansiyasına atılan raketə görə üç adam xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır, İsrail rəsmiləri deyir.

Şəklin mənbəyi, s




