Qüdsdə gənc fələstinlinin dəfn mərasimi ərəfəsində toqquşmalar

Şərqi Qüdsdə minlərlə adam qətlə yetirilmiş fələstinli yeniyetmənin cənazəsini çiynində daşıyıb. Onun dəfn mərasimi ərəfəsində şəhərdə təhlükəsizlik tədbirləri sərtləşdirilib.
Mohammad Abu Khdairin ailəsi deyir ki, o, iyunda öldürülən üç gənc israillinin ölümünə qisas üçün qətlə yetirilib. Polis hələ ki, motivi təsdiq etməyib.
Onun dəfn mərasimi ailənin evinin yanında, Shuafat rayonunda keçiriləcək.
Şərqi Qüdsün digər hissələrində, iki rayonda yüzlərlə gənc fələstinli ilə polis arasında toqquşmalar olub.
Dəfn mərasimi ərəfəsində Qəzza Zolağının ətrafında İsrail ilə Fələstinin silahlı Həmas qrupu arasında gərginlik artıb.
Bundan əvvəl cümə günü İsrail Fələstin ərazisindən raket hücumlarının olduğunu deyərək Qəzza Zolağı sərhədinə əlavə qoşun yeridib.
Mohammad Abu Khdairin ölümünü Fələstin rəhbərliyi ilə yanaşı, İsrail höküməti də qınayıb.
