#BBCAzeriTrending: Twitterdə paylaşılan "Qəzza fotoları" Qəzzadandırmı?

Şəklin mənbəyi, Youtube
Sosial mediada İsarillə Fələstin arasındakı münaqişənin yenidən qızışmasının insanlara necə təsir etdiyini göstərən fotolar paylaşılır.
Həmas Qəzzadan cənubi İsrailə raketlər atır, İsrail isə cavab olaraq Qəzzaya havadan hücum edir. Bir neçə fələstinli silahlı öldürülüb və çərşənbə axşamı günü verilən məlumata görə ən azı 15 fələstinli xəsarət alıb.
Son həftə ərzində #GazaUnderAttack (Qəzza hücum altındadır) həştəqi yüzminlərlə dəfə istifadə olunub – yeddi gün ərzində bu həştəqlə 375 000 tweet yazılıb. Ondan istifadə edənlərin çoxu hava hücumlarının təsirlərini göstərdiyini iddia edən fotolar paylaşıblar.
Onlardan bəziləri Qəzzanın hazırkı vəziyyətini göstərir, amma #BBCTrending-in apardığı təhlildə aşkar olunub ki, bəzi fotolar 2009-cu ildəndir, digərləri isə Suriya və İraq münaqişəsini göstərir.
“Sözün düzü bu yaxınlarda öyrəndim ki, fotolardan biri Suriyadandır və bu fotonu daşıyan yazımı sildim”, fotoları paylaşan istifadəçilərdən biri #BBCTrending-ə deyib. Buna təəssüf edirəm. “İnternetlə qəzet arasındakı fərq budur”.
Digər 16 yaşlı istifadəçi isə belə deyir: “Sadəcə ailəm və dostlarım üçün paylaşmışdım fotonu. Heç gözləmirdim ki, 1800-dən çox adam onu retweet edəcək [yenidən paylaşacaq]. Bilmirdim ki bu foto köhnədir, amma yenə də, adamlar bunu hərfi mənada anlamamalıdırlar. Bu, sadəcə bir illüstrasiya ola bilər – hamı bilir bomba partlayanda necə olur. Belə olur”.
BBC Ərəbcədən Abdirahim Saeed əlavə edir ki, köhnə və ya səhv fotoların paylaşılması bu həştəqə xüsusi deyil – bu Suriyada da, İraqda da keçmişdə baş verib. “Diqqətli olmaq lazımdır – bu fotonu kim paylaşıb və onlar bunu haradan alıblar?”
