Hamas: Qəzzaya basqın zamanı altı islamçı həlak olub

Şəklin mənbəyi, afp
Qəzza sektorunun cənubunda Rafah şəhərinə İsrailin endirdiyi hava zərbəsi nəticəsində "Hamas" fəsəstin qruplaşmasının altı döyüşçüsü həyatını itirib.
Xilasedicilər daha dörd meyidin dağıntılar altında qala biləcəyini dəqiqləşdirərək iki nəfərin həlak olması haqda məlumat verir
İki fələstinli döyüşçü bir neçə saat öncə Qəzzanın mərkəzində yerləşən qaçqın düşərgəsinə hava hücumu zamanı ölüb
İsrail hərbiçilərinin məlumatına görə, hava hücumları bazar günü Fələstin ərazisindən 12 raketin buraxılmasına cavabdır.
Tərəflər arasında gərginlik fələstinli yeniyetmə Mohammad Abu Haydarın ölümündən sonra güclənib.
