İsrail Qəza sektorunda hava hücumlarına başlayıb

Şəklin mənbəyi, AFP
İsrail, ərazi bütövlüyünün Fələstinin hərbiləşmiş Hamas qruplaşmasının kütləvi raket hücumuna məruz qalmasından sonra Qəza sektorunda hava əməliyyatına başladığını açıqlayıb.
Çərşənbə axşamına keşən gecə İsrail təyyarələri 20-ə yaxın hücum edib, Nəticədə 14 fələstinlinin yaralandığı deyilir.
BBC-nın Qəzadakı müxbiri deyir ki, fələstinlilər buna raket zərbələri ilə cavab verib. İsrail cənub rayonlarda yaşayanlara təhlükəsiz binalarda qalmağı tövsiyyə edib.
İsrailli hərbçilər əvvəlcə yerüstü əməliyyat barədə düşünsələr də, qərar son anda ləğv edilib.
İsrailin cənubunda vəziyyət ötən həftə Yerusəlimdə fələstinli gəncin öldürülməsindən sonra gərginləşib.
Belə güman edilir ki, həmin gəncin öldürülməsi İordan çayının qərb sahilində üç yəhudi yeniyetmənin qətlinin qisasıdır.
