Məhkəmə Navalnıya çıxarılan ev həbsi qərarını qüvvədə saxlayıb

Şəklin mənbəyi, Reuters
Moskva məhkəməsi müxalifət liderinin apellyasiya şikayətini rədd edərək daha əvvəl çıxarılan ev həbsi hökmünü qüvvədə saxlayıb.
Ötən ili dekab ayında 3 il yarım müddətinə şərti cəzaya məhkum edilmiş Aleksey Navalnı məhkəmənin qərarına tabe olmayacağını bildirmişdir.
"Mən fevralın 28-dən ev həbsində qalmışam, hazırda isə ev həbsində qaldığımı hesab edirəm”, - Navalnı məhkəməyə bildirib.
19 dekabrda məhkəmə müxalifət liderinə azadlıqdan məhrum etmə müddətini fevralın 14-dək uzadıb.
Bundan sonra müxalifət liderinin vəkilləri qərara qarşı apellyasiya şikayətilə müraciət ediblər.
Ötən ilin sonunda məhkəmə mənimsəmə işi ilə bağlı təqsirkar tanınan Aleksey Navalnı və onun qardaşı Oleqə 3 il yarımlıq cəza kəsib. Eyni zamanda Aleksey Navalnıya kəsilmiş ev həbsinin müddəti uzadılıb.
Prezident Putin hökumətini korrupsiyada ittiham edən Navalnı ittihamın siyasi əsaslı olduğunu bildirir.
Məhkəmə hökmü hələ ki, qüvvəyə minməyib. Prokurorluq və müdafiə tərəfi ittihama qarşı iddia ilə çıxış ediblər.




