Putinin tənqidçisinə şərti cəza kəsilib

Şəklin mənbəyi, AP
Rusiyanın müxalifət lideri Aleksey Navalnı mənimsəmə ittihamı ilə bağlı məhkum edilib.
İki iş üzrə mənimsəmədə təqsirkar tanınan müxalifət liderinə 3 il yarımlıq şərti iş kəsilib. Eyni məhkəmənin hökmü ilə Aleksey Navalnının qardaşı - Oleq Navalnıya mənimsəmə ittihamı ilə bağlı 3 il yarımlıq həbs cəzası kəsilib.
Prezident Putin hökumətini korrupsiyada ittiham edən Navalnı ittihamın siyasi əsaslı olduğunu deyib.
Qardaşlar iki şirkətdən 30mln rubl ($526,000) mənimsəməkdə ittiham edilirlər.
Şirkətlərdən biri Fransanın kosmetika istehslaçısı Yves Rocher ilə bağlıdır.
Məhkəmə gələn aya təyin edilmişdir. Lakin Navalnı tərəfdarlarının 15 yanvarda mitinq keçiricəkləri barədə elanından sonra onun iclası ertələnmişdir.
