Rusiya etirazlarının lideri Aleksey Navalnıya 5 il iş kəsilib

Dinləmələr zamanı prokuror dövlət əmlakınının mənimsənilməsində ittiham olunan müxalifət liderinin 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Korrupsiya əleyhinə kampaniya aparan Navalnı Kirov şəhərinin qubernator müşaviri işlədiyi dövrdə 500,000 dollar dəyərində meşə materiallarının mənimsənilməsilə bağlı ittihamları rədd edərək onların siyasi motivli olduğunu bildirib.
"Məhkəmə işi araşdıraraq Navalnının cinayət təşkil etdiyini müəyyən edib... xüsusilə böyük həcmdə dövlət əmlakının mənimsənilməsi baş verib", - hakim Sergey Blinov deyib.
Hakim sadəcə olaraq prokurorların ittihamını təkrarlayır, Navalnı məhkəmədən əvvəl yazdığı Twitter mesajında bildirib.
Məhkəmə hökmü Aleksey Navalnını Moskva meri seçkilərində iştirak imkanından məhrum edib.
