Soma mədəni: xilasetmə üzrə əməliyyat dayandırılıb

Şəklin mənbəyi, AFP
Türkiyənin Soma şəhərindəki mədəndən daha iki meyitin çıxarılmasından sonra xilasetmə işlərinin dayandırıldığı elan olunub.
Energetika naziri Taner Yıldız deyib şənbə günü şaxtada baş verən yanğın nəticəsində ölənlərin ümumi sayının 301-ə çatdığını bildirib.
"Xilasetmə əməliyyatı tamamlanıb. Yerin altında mədənçi qalmayıb", Taner Yıldız deyib.
Bundan əvvəl hakimiyyət ötən həftə baş vermiş partlayışdan sonra şaxtada davam edən yanğının xilasetmə işlərinə maneələr törətdiyini bildirirdi.
Qəza ilə bağlı Türkiyədə bir neçə etiraz aksiyası keçirilib.
Onların iştirakçıları hakimiyyəti mədən təhlükəsizlik standartlarının aşağı olmasına laqeyd qalmaqda suçlayıblar.
Cümə günü şaxtanı idarə edən Soma Holding şirkəti etinasızlığa yol verdiyi barədə ittihamları rədd edib.
Türkiyə hakimiyyəti təhlükəsizlik texnikasının pozulmasına görə cavabdeh olanların cəzalandırılacağını bildirib.
Soma partlayışından əvvəl Türkiyədə ən böyük mədən qəzası 1992-ci ildə Zonquldaq yaxınlığında baş verib.
Həmin vaxt 263 mədənçi həyatını itirib.




