Türkiyə: mədən patlayışına görə Erdoğan hiddətlə qarşılanıb

Türkiyənin Soma şəhərindəki mədəndə 274 adamın ölümünə səbəb olmuş partlayışdan sonra Baş nazir Erdoğan hadisə yerinə gəlib. Lakin sakinlər onun maşınını qəzəb və təhqirlə qarşılayıb.

Eyni zamanda İstanbul və Ankarada polislə etirazçılar arasında qarşıdurmalar olub.

İtkin düşmüş yüzdən çox mədənçinin axtarışı üzrə xilasetmə əməliyyatı həyata keçirilir.

Mədən operatorunun məlumatına görə 450-yə yaxın işçi xilas edilib, amma hökümət rəsmiləri bu rəqəmin 363 olduğunu bildirir.

Energetika naziri Taner Yıldız elektrik nasazlığı nəticəsində baş verən partlayış vaxtı yerin altında 787 mədənçinin olduğunu deyib.

Soma

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Somada etirazçılarla polis arasındakı toqquşmalara görə bəzi etirazçılar həbs olunub
Ankara

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ankarada etirazçılar polisə alov bombaları atıb
Ankara

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Polis isə onlara qarşı gözyaşardıcı qazdan istifadə edib, bəzilərini həbs edib
İstanbul

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İstanbulda da toqquşmalar olub

Matəm

Tükiyənin baş naziri Somaya baş çəkmək üçün Albaniyaya səfərini təxirə salmışdı. Recep Tayyip Erdoğan hadisə ilə bağlı 3 günlük matəm elan edib.

Faciə təqribən İstanbuldan 250 km cənubda yerləşən Manisa əyalətinin Soma şəhərindəki mədəndə baş verib.

Manisa şəhər meri Cengiz Ergun bəyan edib ki, hazırda müəyyənləşən qurbanların sayı son olmaya bilər.

Kömür mədəninin sahibi - Soma Kömür İsletmeleri şirkəti hadisə ilə bağlı araşdırmanın başladığını bildirib.

Şirkət bildirir ki, qəza “ən yüksək təhlükəsizlik" şəraiti və "müntəzəm nəzarət”-ə rəğmən baş verib.

Soma bölgəsində kömür mədənçiliyi iqtisadiyyatın aparıcı sahəsi sayılır. Lakin mədənlərdə iş təhlükəsizliyinin təmin olunması həmişə narahatlıq doğurub.

Xilasetmə əməliyyatı

Energetika nazirinin Türkiyə televiziyasına müsahibəsinə bəyan etdiyinə görə, faciənin qurbanları dəm qazından zəhərlənməyə görə həyatlarını itiriblər.

Daxildə olanları xilas etmək üçün yerin altına oksigen qazının vurulduğu bildirilir.

Mədənin girişində və yaralıların çatdırıldığı xəstəxananın qapısında mədənçilərin çoxsaylı qohumları toplaşıb, çoxları ağlayır.

Türkiyə televiziyaları xilasedicilərin dağ mədənçilərinə mədəndən yuxarı qalxmasına yardım etdiyi kadrları nümayiş etdirir.

Onlardan bəziləri sərbəst hərəkət edir, amma çoxusunu yaxınlıqda dayanan təcili yadım katerlərinə xərəkdə çatdırırlar.

Araşdırma

Müxalif CHP partiyası hadisə ilə bağlı parlament araşdırması keçirmək təklifinin hökumət tərəfindən rədd edildiyini bildirib.

Araşdırma təklifi müxalif partiyalar arasında geniş dəstəyə malikdir, Ozgür Ozel Today's Zaman qəzetinə deyib.

Türkiyə energetika naziri Taner Yıldızın sözlərinə görə, partlayışa qısa qapanma səbəb olub. Assosiated Press Agentliyinin məlumatına görə, Türkiyədə mədəndə ən böyük partlayış 1992-ci ildə Qara dəniz portu olan Zonquldaq yaxınlığında olub. Həmin vaxt 263 mədənçi həyatını itirib.