Türkiyə: mədən partlayışından sonra xilasetmə əməliyyatı
İstanbuldan 250 km cənubda yerləşən Soma şəhərindəki mədəndə partlayış 200-dən artıq mədənçinin ölümünə səbəb olub.
Türkiyənin energetika naziri Taner Yıldız gecə ərzində xilasetmə işlərinin aparıldığını bildirib.
Lakin onun sözlərinə görə, partlayışdan salamat çıxanların tapılmasına dair ümidlər getdikcə azalmaqdadır.
Çərşənbə günü hadisə yerinə toplaşan adamlar mədəndə qalan qohum və yaxınları barədə xəbər gözlədiklərini deyiblər.
Manisa şəhər meri Cengiz Ergun bəyan edib ki, hazırda müəyyənləşən qurbanların sayı son olmaya bilər.
Ehtimal olunur ki, partlayış zamanı yerin altında, 2 km dərinlikdə 580 mədənçi olub.
Türkiyə energetika naziri Taner Yıldızın sözlərinə görə, partlayışa qısa qapanma səbəb olub.