Prezident Yanukoviç Ukraynada baş verənləri dövlət çevrilişi adlandırıb

Ukrayna prezidenti Viktor Yanukoviç istefaya getməyəcəyini bildirib.
Yanukoviç vurğulayıb kı, qanlı hadisələrin qarşısını almaq üçün əlindən gələni etmək əzmindədir.
Ukrayna televiziyası efirində çıxış edən Yanukoviç ölkədə baş verən hadisələri "dövlət çevrilişi cəhdi" adlandırıb.
O, eləcədə beynəlxalq birliyi "radikalların hərəkətlərinə son qoymağı" çağıracağını qeyd edib.
Ali Rada Yanukoviçin istefasını gözləyir
Ukraynalı deputat Nikolay Katerinçuk Ali Radada keçirilmiş brifinqdə prezident Viktpr Yanukoviçin istefa verməyə hazır olduğunu bildirirb. Bu xəbəri BBC Ukrayna xidməti yayıb.
“Arseni Yatsenyukun prezidentlə telefon söhbəti olub. Telefonda Viktor Yanukoviç Yatsenyua deyib ki, istefa ərizəsini yazacaq. İndi onun dediyinin sənədlə təsdiqlənməsini gözləyirik”, Katerinçuk deyib.
Yanukoviçin müşaviri Anna German prezident Yanukoviçin Xarkovda olduğunu bildirib, lakin Yanukoviçi Xarkov şəhərində hələlik görən olmayıb.
Prezidentin müşaviri Anna German eləcə də Vktor Yanukoviçin istefa verməsi xəbərini təkzib edib.
Rada Yanukoviçə impiçment elan edib
Ukrayna Ali Radası prezident Viktor Yanukoviçin konstitusiya öhdəliklərinin icrasından özü özünü kənarlaşdırdığı barədə qərar qəbul edib.
Parlament mayın 25-ə yeni prezident seçkiləri təyin edib.
Yanukoviçin prezident səlahiyyətlərinə xitam verilməsi barədə qərarın lehinə 328 deputat səsverib.

Şəklin mənbəyi, Reuters
Ukrayna parlamentinin spikeri Vladimir Rıbak xəstəliy səbəbindən vəzifəsindən getdiyi barədə ərizə yazıb.
Bu barədə onun müavini Ruslan Koşulinski xəbər verib.
"Ali Radanın sədri Vladimir Rıbak xəstəliyi səbəbindən istefaya getməsinə icazə verilməsini xahiş edib", Ruslan Koşulinski parlamentin iclasında xəbər verib.
Vəzifəsindən getdiyini eləcə də Ali Rada sədrinin birinci müavini komunist İqor Kaletnik də elan edib.
Məlumatlara görə ötən gecə Ukrayna prezidenti Viktor Yanukoviç Xarkov şəhərinə gəlib.
Kiyevdən BBC müxbirlərinin xəbər verdiyinə görə Prezident Administrasiyası binası nəzarətsiz vəziyyətdədir, paytaxtdakı hökümət binaları kompleksinə ümumilikdə müxalifətçi fəallar nəzarət etməkdədirlər.
BBC müxbiri Kevin Bishop-un sözlərinə görə o, hökümət binalarına maneəsiz daxil ola bilib.
Müxalifət liderləri prezident Yanukoviçin dərhal istefaya getməsini tələb edirlər.
Onlar cümə günü əldə edilmiş razılığda nəzərdə tutulduğu kimi prezident seçkilərinin bu ilin dekabr ayının sonunda yox, mayın 25-də keçirilməsini tələb edirlər.

Şəklin mənbəyi, Reuters
Aİ vasitəçiliyilə cümə günü əldə olunmuş razılığa baxmayaraq paytaxt Kiyev küçələrində minlərlə insan qalmaqda davam edir.
Bu arada, müxalifətçi UDAR partiyasının lideri Vitali Kliçko Ali Radanın iclasında prezident Yanukoviçin dərhal istefaya göndərilməsini tələb edən qətnamənin qəbul edilməsinə çağırıb.
Qeyri-rəsmi məlumatlara görə, prezident Yanukoviç Kiyevi tərk edərək Ukraynanın şərqində, Rusiya sərhədi yaxınlığında yerləşən Xarkov şəhərinə yollanıb.
Reuters agentliyinə Ukrayna təhlükəsizlik qüvvələrindəki yüksəkrütbəli mənbə bildirib ki, "prezident qaydasındadır və ölkədədir".
Lavrov Avropanı təsir göstərməyə çağırıb
Rusiya XİN rəhbəri Sergey Lavrov Polşa, Almaniya və Fransanı Ukrayna müxalifətinə təsir etməyə çağırıb.
Sergey Lavrovun qənaətincə, Ukrayna müxalifəti ölkə rəhbərliyilə ələ edilmiş razılığın şərtlərinə əməl etmir.
"Müxalifət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, silahlı ekstremistlərin iradəsinə tabe olaraq yeni tələblər irəli sürür. Ekstermistlərin hərəkətləti Ukraynanın suverenliyinə və konstitusiya quruluşuna təhlükə kəsb edir”, Rusiya XİN-nin bəyanatında deyilir.
Rada köhnə Konstitusiyanı bərpa edib
Ukrayna parlamenti Ali Radanın qəbul etdiyi qərara əsasən 2004-cü ilin Konstitusiyasının hüquqi qüvvəsi bərpa edilir. Konstitusiyaya əsasən ölkədə parlament-prezident üsul idarəsi təsbit edilir.
Bu qərarın lehinə qeydiyyatdan keçmiş 311 deputatdan 325 deputat səs verib.
Bundan əvvəl Ukrayna parlamenti buna bənzər qanun qəbul edərək prezident Yanukoviçə imzalanmaq üçün göndərmişdi, lakin prezident həmin sənədə imza atmamışdı.
Kiyev aeroportunda yoxlamalar
Bu arada Kiyev aeroportunda sərnişinlərin yoxlamadan keçirildiyi xəbər verilib.
BBC Rus xidməti müxbirinin sözlərinə görə, aeroporta gələn nəqliyyat vasitələri və sərnişinlər yoxlamadan keçirlir.
Yoxlamanı aparanlar "Berkut" dəstəsinin üzvlərini axtarırlar, eyni zamanda axtarışa verilənlərin siyahısında eləcədə Ali Rada deputatlarının, məmurların və oliqarxların da adları olduğu deyilir.
Yoxlamanı həyata keçirənlərdən birinin sözlərinə görə, axtarış siyahılarında olanlardan heç kimi tapmaq hələlik mümkün olmayıb.




