Kiyev: qarşıduran tərəflər barışıq elan ediblər

Müxalif Batkivşina fraksiyasının lideri Arseniy Yatsenyuk bəyan edib ki, müxalifətin üç lideri ilə Ukrayna prezidenti Vuktor Yanukoviçlə görüşün yekunları əsasında barışıq elan olunub və ölkədə vəziyyətin sabitləşdirilməsi üçün danışıqlar başlanıb.
Yanukoviçin mətbuat xidməti də barışıq haqqında məlumatı təsdiqləyib.
“Görüşün nəticələrinə görə tərəflər: 1. barışıq, 2. qan tökülməyə son qoymaq, vətəndaş sülhü naminə ölkədə durumu sabitləşdirmək məqsədilə danışıqlar prosesinə başlanıldığını elan ediblər”, - məlumatda deyilir.
Daha əvvəl Yanukoviçin Arseniy Yatsenyukla, Vitali Kliçko və Oleq Tyaqnibokla görüş keçirdiyi bildirilmişdi. Görüşün məqsədi Ukraynada sosial-siyasi böhranın dinc yolla nizamlanması olub.
“Müsbət xəbər var – planlaşdırılan hücum [Maydana] və “təmizləmə” əməliyyatı ləğv olunub”, - Yatsenyuk deyib.
