“Neft ölkəsi olaraq, uşaqpulu belə vermirlər"

Videonun alt yazısı, “Neft ölkəsi olaraq, uşaqpulu belə vermirlər"
“Neft ölkəsi olaraq, uşaqpulu belə vermirlər"

Azərbaycanda ötən il son 35 ildə ən az uşaq doğulub - təxminən, 81 min nəfər, Statistika Komitəsi açıqlayıb.

Xəbər sosial media istifadəçilər tərəfindən müzakirə olunur.

İstifadəçilərin çoxu doğuşun azalmasını Azərbaycanda həyat səviyyəsinin aşağı olması ilə əlaqələndirir.

Doğum sayının azalmasını gənclər arasında pis vərdişlərin, sonsuzluğun artması, qadınların əmək fəaliyyətinin genişlənməsi, doğuş zamanı ana və uşaq ölümlərinin artması kimi amillərlə əlaqələndirənlər də var.

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən bəri qeydə alınan ən aşağı doğum göstəricisi 2025-ci ildə müşahidə olunub.

Belə ki, 2025-ci ilin ilk 10 ayında ölkədə 80 802 uşaq doğulub. Yerli media yazır ki, ilin sonuna qədər bu rəqəmin təxminən 95 000 nəfərə çatması gözlənilir.