Türkiyədə korrupsiya qalmaqalı: 50-dən artıq aparıcı fiqur saxlanılıb

Daxili işlər nazirinin oğlu Barış Güler korrupsiyada təqsirləndirilən 52 nəfər arasındadır.
Şəklin alt yazısı, Daxili işlər nazirinin oğlu Barış Güler korrupsiyada təqsirləndirilən 52 nəfər arasındadır.

Türkiyədə Naxçıvan Muxtar Respublikası Sədərək gömrük-keçid məntəqəsinin rəisinin həbs edilməsinin səbəbləri araşdırılır, Azərbaycanın Dövlət Gömrük Komitəsi bildirib.

Ötən gün İstanbul- Qars təyyarəsi ilə uçan gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Qars hava limanında Türkiyə qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin qrupu tərəfindən saxlanılıb.

Haberler.com saytı xəbər verir ki, Seyidov İqdırın Aralık mahalında yerləşən və Türkiyə ilə Naxçıvanı bir-birinə birləşdirən "Dilucu Sərhəd Qapısı"nda aparılan rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs edilib.

Dekabrın 17-də saat 13.30-da həbs edilən Seyidov xəstəxanada müayinədən keçirildikdən sonra polis idarəsinə aparılıb.

Azərbaycanın Iğdırdakı konsulu Asiman Əliyev də məsələ ilə bağlı Polis İdarəsinə baş çəkib.

Dövlət Sərhəd Xidməti BBC Azərbaycancaya məsələ ilə məlumatlı olmadığını bildirib.

Dekabrın 16-da "Dilucu Sərhəd Qapısı" və İqdırda 280 nəfər polisin iştirakı ilə keçirilən əməliyyat nəticəsində biri qadın olmaqla- 7 gömrükçü və 10 nəqliyyat şirkəti rəhbəri də daxil olmaqla, 17 nəfər saxlanılıb.

Nəqliyyat şirkətlərinin rəhbərlərindən biri həbs edilib, qalanlarının isə ifadəsi alınır.

Həmçinin çərşənbə günü İstanbul Polis İdarəsinin <link type="page"><caption> 5 şöbə müdiri</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2013/12/131218_turkish_police.shtml" platform="highweb"/></link> işdən çıxarılıb, onlar arasında İstanbulda korrupsiya və qaçaqmalçılıq ittihamları üzrə əməliyyat aparan şəxslər də var.

Korrupsiyaya qarşı sərt əməliyyat

Bir gün əvvəl, Türkiyənin iki ən böyük şəhərində- İstanbul və Ankarada korrupsiya ilə bağlı həyata keçirilən geniş miqyaslı əməliyyatda daxili işlər, iqtisadiyyat, ətraf mühitin qorunması və şəhər salma işləri üzrə <link type="page"><caption> nazirlərin oğulları</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/12/131217_turkey_corruption_arrests.shtml" platform="highweb"/></link> və tanınmış iş adamları həbs olunub.

Türkiyə mediası həbs olunanların sayının ümumilikdə, ən azı 84 olduğunu yazır. BBC müxbiri James Reynolds 50-dən çox aparıcı fiqurun korrupsiya və rüşvət ittihamı ilə həbsə alındığını deyir.

Erdoğanın reaksiyası

Baş nazir Recep Tayyip Erdoğan vəd verib ki, korrupsiya ilə "daha sərt" mübarizə aparacaq.

Müxalifət isə baş nazir Erdoğanı istefaya çağırıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü deyib ki, hər şey "doğruluğa işıq salmaq" üçün edilməlidir.

Daxili işlər naziri Muammer Gülerin oğlu Barış Güler, İqtisadiyyat naziri Zafer Çağlayanın oğlu Salih Kaan Çağlayan və Ətraf Mühit və Urbanizasiya naziri Erdoğan Bayraktar'ın nin oğlu Abdullah Oğuz Bayraktar və Azərbaycan əsilli iş adamı Reza Zarrab da həbs edilənlər arasındadır.

Dövlətə məxsus Halkbank-ın baş meneceri Süleyman Aslan, Fatih meri Mustafa Demir, tikinti maqnatları Ali Ağaoğlu, Osman Ağca və Emrullah Turanlı, Ətraf Mühit nazirliyinin baş meneceri Mehmet Ali Kahraman, həmin nazirliyin məsləhətçisi Sadık Soylu və nazir Çağlayanın köməkçiləri- Mustafa Behçet Kaynar və Onur Kaya da şübhəli qismində saxlanılıb.

Nazirlər -Güler və Çağlayan əməliyyatın nəticələri açıqlandıqdan sonra bütün işlərini təxirə salıb, Türkiyə mətbuatı xəbər verir.

Reydlər üç müxtəlif araşdırmaya əsaslanıb.

Azərbaycanlı iş adamı

İlk araşdırma, cinayət halqasını idarə etmə iddiaları üzrə Reza Zarrabla bağlıdır. İranlı azərbaycanlı iş adamına qarşı Nazirlər Kabineti üzvlərinə "Halkbank vasitəsilə şübhəli maliyyə köçürmələri etməyini ört-basdır etmək, qohumlarına və adı cinayət halqasında keçən işçilərinə Türkiyə vətəndaşlığı almaq üçün rüşvət vermək" ittihamları irəli sürülüb.

Halkbank vasitəsilə İrana qanunsuz pul köçürmək barədə məlumatları polis 2012-ci ildə əldə edib, HurriyyetDaily yazır.

Qəzet qeyd edir ki, prokurorluq Parlamentdən oxşar maddələrlə ittiham edilən nazirlərin siyasi toxunulmazlığının qaldırmasını istəyəcək.

Halkbankın, bundan əvvəl, aprel ayında da İrana qarşı sanksiyaları pozan əməliyyatlar həyata keçirməsi iddia olunub.

Aprelin 21-də bankın rəsmi açıqlamasında, ABŞ-ın İrana qarşı sanksiyalarını pozan hər hansı fəaliyyətin edilmədiyi bildirilib. Həmin vaxt ABŞ Senatının 47 deputatı Halkbanka qarşı ölçü götürülməsini istəyib.

Rüşvət iddiaları

İkinci araşdırma isə nazir oğlu Abdullah Oğuz Bayraktar barədə aparılıb. Oğul Bayraktar Ətraf Mühit nazirliyinin məsuliyyəti altında olan ərazilərdə şirkətlərə rüşvət qarşılığında tikinti icazəsi vermək və cinayət halqası yaratmaqda ittiham olunur. 22 nəfər bu iddialara görə saxlanılıb.

Üçüncü əməliyyat isə Fatihdə qorunan ərazilərdə rüşvət qarşılığında tikilmiş binalara görədir, Türkiyə mətbuatı yazər.

Fatif meri Demir həmçinin, mühəndis və dövlət orqanlarının mənfi rəyinə baxmayaraq, Mərmərə yoluna yaxın otel tikintisinə icazə verməkdə ittiham olunur.

AKP partiyasının sözçüsü Hüseyin Çelik saxlanılanların təqsiri sübut edilənə qədər günahsız sayıldığını xatırladıb.

"Hökümətimiz hakimiyyətə gəldikdən bəri, korrupsiya və dələduzluğa qarşı mübarizəyə çox diqqət yetirir və bunu şübhəsiz, davam etdirəcək. Qanun qarşısında hamı bərabərdir. AKP kimi, hamını doğrunun ortaya çıxması üçün əlindən gələni etməyə çağırırıq".

"Ən böyük dəllal"

Əsas müxalif Cumhuriyyət Xalq Partiyası (CHP) baş nazirin istefasını istəyib. Milli Hərəkat Partiyası (MHP) isə araşdırmaların şübhəli bilinənlərin kimliyindən və vəzifəsindən asılı olmayaraq davam etdirilməsini tələb edib.

"Bu cumhuriyyət tarixində ən böyük qalmaqaldır. Baş nazir istefaya getməlidir", CHP deputatlar qrupunun rəhbəri Engin Altay deyib.

MHP partiyasından Oktay Vural bildirib ki, müxalifət istefa istəməkdə davam edəcək.

"Baş nazir dünyada ən böyük daşınmaz əmlak dəllalıdır. Bütün ictimai torpaqların baş nazirlə əlaqəsi var. Belə ki, bu torpaqlarda iş görmək istəyən baş nazirdən izn almalıdır".