Erdoğan: "Heç kimsə mənim ölkəmi qarışdıra bilməz"
Türkiyədə korrupsiya və rüşvət ittihamları ilə 50-dən çox aparıcı fiqur həbsə alınıb.
İşdən çıxarılmış rəhbərlər arasında İstanbulda korrupsiya və qaçaqmalçılıq ittihamları üzrə əməliyyat aparan şəxslər də var.
Qəzet maliyyə şöbəsinin müdiri Yakub Saygılı, qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdiri Tuğrul Turhal, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin müdirü Nazmi Ardıç, terrorla mübarizə şöbəsi müdirü Ömer Köse ve asayiş şöbəsinin müdirü Ertan Erçıktı-nın saxlanıldığını yazır.
Türkiyə şərçiləri son olayları polis, xüsusi xidmətlər, ədliyyə və Erdoğanın AK partiyası kimi mühüm institutlarda davamaçılara malik olan Fethullah Gülen hərəkatı ilə əlaqələndirirlər.
Dini hərəkat son həftələr ərzində yaranmış kəskin mübahisənin yaranmasına kimi 3 seçkidə AK partiyasını dəstəkləyib.
Bu gələn il keçiriləcək yerli və prezident seçkiləri ərəfəsində elektoratın parçalanması riskini yaradır.
Fethullah Gülen Türkiyədəki həbsləri şərh etməyib.
Baş nazir Erdoğan həbslərlə bağlı ötən gün nitqində daxili və xarici qüvvələrin ölkəni “qarışdıra bilməyəcəyini deyib”.
"Daxildən də xaricdən də heç kimsə mənim ölkəmi qarışdıra bilməz, mənim ölkəmdə çirkin tələlər qura bilməz”, Konya şəhərində nitqlə çıxış edən Recep Tayyip Erdoğan deyib.
Sosial media xəbərlərində isə "Hakimler ve Savcılar Yüksək Kurulu" (HSYK) təşkilatının təcili toplantı keçirməsi və vəkillərin dindirilməsi barədə məlumatlar yayılıb.
Adalet Bakanı (Prokurorluq) Sadullah Ergin deyib ki, vəkillərin dindirilib işdən çıxarılması sahəsində iş aparılmır.
Radikal qəzeti cənab Erginin bildirib ki, HSYK-nın toplantı keçirdiyi barədə məlumatları da təkzib etdiyini yazıb.
Ötən gün İstanbul və Ankarada korrupsiya ilə bağlı həyata keçirilən geniş miqyaslı polis əməliyyatında daxili işlər, iqtisadiyyat, ətraf mühitin qorunması və şəhər salma işləri üzrə nazirlərin oğulları və tanınmış iş adamları da həbs olunub.