Türkiyədə 3 nazirin oğlu həbs olunub

Polis (Arxiv)

İstanbul və Ankarada korrupsiya ilə bağlı həyata keçirilən geniş miqyaslı polis əməliyyatında daxili işlər, iqtisadiyyat, ətraf mühitin qorunması və şəhər salma işləri üzrə nazirlərin oğulları və tanınmış iş adamları həbs olunub.

Mətbuat 20-dən artıq adamın saxlanıldığını bildirir.

Xəbərlərə görə dövlətə məxsus “Halk Banka”sında axtarış aparılıb.

Türkiyə mətbuatı həmçinin bir bələdiyyə rəhbərinin də həbsə alındığını xəbər verir.

Baş nazir Recep Tayyip Erdoğan korrupsiya ilə daha sərt mübarizə aparacağını vəd edib.

BBC müxbiri James Reynolds həbslərin nadir hal olduğunu bildirir.

Onun sözlərinə görə, nazirlərin ailə üzvlərinin həbsi hakim partiya daxilində parçalanmadan xəbər verə bilər.