Türkiyə: 5 polis müdiri işdən çıxarılıb

Türkiyə mediası İstanbul polis İdarəsinin 5 şöbə müdirinin işdən çıxarıldığını yazır.
Hürriyet qəzeti bildirib ki, işdən çıxarılmış rəhbərlər arasında İstanbulda korrupsiya və qaçaqmalçılıq ittihamları üzrə əməliyyat aparan şəxslər də var.
Qəzet maliyyə şöbəsinin müdiri Yakub Saygılı, qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdiri Tuğrul Turhal, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin müdirü Nazmi Ardıç, terrorla mübarizə şöbəsi müdirü Ömer Köse ve asayiş şöbəsinin müdirü Ertan Erçıktı-nın saxlanıldığını yazır.
Sosial media xəbərlərində isə "Hakimler ve Savcılar Yüksək Kurulu" (HSYK) təşkilatının təcili toplantı keçirməsi və vəkillərin dindirilməsi barədə məlumatlar yayılıb.
Adalet Bakanı (Prokurorluq) Sadullah Ergin deyib ki, vəkillərin dindirilib işdən çıxarılması sahəsində iş aparılmır.
Radikal qəzeti cənab Erginin bildirib ki, HSYK-nın toplantı keçirdiyi barədə məlumatları da təkzib etdiyini yazıb.
Ötən gün İstanbul və Ankarada korrupsiya ilə bağlı həyata keçirilən geniş miqyaslı polis əməliyyatında daxili işlər, iqtisadiyyat, ətraf mühitin qorunması və şəhər salma işləri üzrə nazirlərin oğulları və tanınmış iş adamları da həbs olunub.
