Nigeriya: qızların oğurlanmasının ildönümü ilə bağlı mərasimlər

Şəklin mənbəyi, AFP
Ötən il Boko Haram tərəfindən 200-dən artıq məktəbli qızın oğurlanmasının ildönümü ilə bağlı dünya boyunca mərasimlər təşkil olunub.
Nigeriya paytaxtı Abucada rəmzi olaraq oğurlanmış qızları təmsil edən 219 qızın iştirakı ilə anım mərasimi keçiriləcək.
Ötən ilin aprel ayında Nigeriyanın şimal qərbindəki Çibok şəhərinin məktəbinə basqından sonra qızların qaçırılması dünya ictimaiyyəti tərəfindən pislənib. Çin və ABŞ kimi ölkələr onların qaytarılmasına kömək edəcəklərini bildiriblər.
Qızların nəzərə çarpması barədə məlumatlara rəğmən onları tapmaq mümkün olmayıb.
Boko Haram qruplaşması İslamı qəbul edən qızların ərə verildiyini bildirib.
Cihadçı Boko Haram qrupu qarşısına höküməti devirib İslam dövləti yaratmaq məqsədini qoyub.
