Nigeriya ordusu "Boko Haram"ın gizlətdiyi qızların yerini bilir

Müdafiə Qərargahının rəisi qızların yerinin harda olmasını dəqiq deməyib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Müdafiə Qərargahının rəisi qızların yerinin harda olmasını dəqiq deməyib

Nigeriya ordusunun rəhbərliyi “Boko Haram” islamçı qruplaşmasının silahlıları tərəfindən oğurlanan məktəbli qızların harda olması barədə məlumata malik olduğunu bəyan edib.

Apreldə 200-dən çox qız islamçılar tərəfindən ölkənin şimalında oğurlanıb.

Bazar ertəsi Müdafiə Qərargahının rəisi Alex Badehin məlumatına görə, hərbiçilərə oğurlanan qızların valideynləri üçün "xoş xəbər" var.

“Biz onların saxlanıldığı yerə ordunu göndərə bilərikmi? Biz öz qızlarımızı onları geri qaytarmaq cəhdində öldürə bilmərik”, o, Müdafiə Nazirliyinin binasının qarşısına hakimiyyət orqanlarının hərəkətsizliyinə etiraz edən nümayişçilərə bəyan edib.

“Heç kim Nigeriya ordusunun nə etdiyini bilmədiyini bəyan etməyə haqqı yoxdur. Biz bilirik nə edirik. Prezident bizlə həmfikirdi, o bizə bu işi etməyə səlahiyyət verib”, MQ-nın rəisi deyib.

Rədd edilmiş razılaşma

Daha öncə BBC-yə məlum olub ki, bəzi məktəbli qızların xilası barədə razılaşma demək olar ki, əldə olunub, amma dövlətin rəhbərliyi onu rədd edib.

BBC müxbiri Abuja Will Rossun verdiyi məlumata görə, danışıqlarda vasitəçilər artıq islamçıların lideri ilə görüşüb və qızların saxlanıldığı yerdə olublar.

Onun sözlərinə görə, az qala əldə olunacaq razılaşma 50 qızın “Boko Haram” qruplaşmasının məhbəsdə olan 100 üzvünün azadlığı əvəzinə sərbəst buraxılacağını nəzərdə tutub.

Nəticədə Nigeriya rəhbərliyi bu addıma getmədi. Bu prezident Goodluck Jonathan Parisdə “Boko Haram”la bağlı konfransda iştirakından sonra baş verib.

İndi Nigeriya hakimiyyətindən islamçılarla mübarizədə və oğurlanmış məktəblilərin azadlığı üçün daha aktiv hərəkətlər etməsi tələb olunur.

Bir neçə min insan “Boko Haram”ın Nigeriya hakimiyyətinə qarşı 2009-cu ildə başlayan silahlı fəaliyyətinin qurbanı olub.

Böyük hissəsi xristian olan oğurlanmış məktəblilər, ehtimala görə, Borno ştatının şimal-şərqində, Çad və Kamerunla sərhəddə ayrıca meşə massivində saxlanılır.

Daha öncə Nigeriya hakimiyyəti bildirib ki, “Boko Haram” silahlılarını qızların əvəzinə azadlığa buraxmağa razı olmayacaqlar, amma ölkənin informasiya naziri vurğulayırdı ki, bütün mümkün variantlar nəzərdən keçirilir.

Oğurlanan qızların axtarışlarına Britaniya, ABŞ, Çin, Fransa və digər ölkələrin hakimiyyətləri də qoşulub.