Nigeriya: "Boko Haram" Islam Dövlətinə sadiqlik andı verib

Boko Haram Nigeriya və bir sıra qonşu ölkələrdə hücumlar həyata keçirib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Boko Haram Nigeriya və bir sıra qonşu ölkələrdə hücumlar həyata keçirib.

Nigeriya və bu ölkə ilə həmsərhəd qonşu ölkələrdə hücumlar həyata keçirmiş Boko Haram silahlı islamçı qruplaşması, xəbərlərə görə, Suriya və İraqda fəaliyyət göstərən İslam Dövlətinə (İD) sadiqlik andı içib.

Bu xəbər Boko Haramın istifadə etdiyi tvitter səhifəsində qrupun lideri Əbubakar Şekaunun səsinə bənzər səsin audioyazısnda elan olunub.

Boko Haramın İD cihadçıları ilə birləşməsini tam əminliklə təsdiqləmək mümkün deyil.

"Boko Haram" adı nigeriya dilindən "Qərb təhsili haramdır" kimi tərcümə edilir.

Boko Haram qruplaşması 2009-cu ildən Nigeriyanın şimalında islamın fundamentalist versiyasını yaymağı qarşısına məqsəd qoyub.

Son zamanlar Boko Haram Kamerun, Niger və Çad ərazisində də hücumlar həyata keçirib.

Bundan əvvəl Boko Haramın Əl Qaida təşkilatı ilə əlaqəli olduğu güman edilirdi.