Nigeriya: Boko Haram islamçıları kimdir?

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Farouk Chothia
- Vəzifə, BBC Africa
Afrikada ən çox əhalisi olan Nigeriyada partlayışlar, oğurlamalar, qətllər törətməkdə adı hallanan hərbiləşmiş islamçı Boko Haram qrupu qarşısına mövcud höküməti devirib İslam dövləti yaratmaq məqsədini qoyub.
Bu qrupun üzvləri deyildiyinə görə, Allahın Qurani Kərimini qəbul etməyənləri "mürtəd" sayırlar.
Boko Haram müsəlmanların Qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq qadağan edir.
Həmin fəaliyyət növləri arasında, o cümlədən, seçkidə iştirak, köynək və şalvar geyilməsi, dünyəvi təhsilin alınması kimi fəaliyyət növləri nəzərdə tutulur.
Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir, hətta ölkənin prezidenti müsəlman olanda belə.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Qrupun rəsmi adı "Cama'atu Əhlis Sünnə Liddə'əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir.
Səfərbərlik yeri
Qrupun mənzilləndiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar.
Hausa dilindən bu ad "Qərb təhsi haramdır" kimi tərcümə edilir.
Əvvəlcə "boko" saxta demək idi, amma Qərb təhsili mənasını daşımağa başladı.
1903-cü ildə Nigeriya, Niger və Kamerunun cənub hissəsində mövcud olmuş Sokoto xəlifliyi Britaniya nəzarətinə keçəndən bəzi ərazilərdə müsəlmanlar Qərb təhsilinin yayılmasına müqavimət göstəriblər.
Onlar uşaqları hökümətin idarəçiliyi altında keçirilən "Qərb məktəblərinə" göndərilməsinin əleyhinə çıxırlar.
Bu problem təhsili özü üçün ümdə məsələ saymayan hakim elitanın məsləyə yanaşması ilə mürəkkəbləşir.
Bu cür şəraitdə xarizmatik müsəlman xadimi, Məhəmməd Yusif, 2002-ci ildə Maiduguri-də Boko Haram qrupunu təsis edir.
O, müsəlman məktəbləri və məscidi əhatə edən dini kompleks yaradır.
Nigeriyadan və qonşu ölkələrdən bir çox yoxsul müsəlman ailələr uşaqlarını bu məktəbə təyin etdirirlər.
Lakin Boko Haram təkcə təhsilə maraq göstərməyib. Bu təşkilatın siyasi məqsədi İslam dövlətinin qurulması olub, və nəticədə məktəb cihadçıların səfərbər edilməsi yerinə çevrilib.
2009-cu ildə, Boko Haram Maiduguri-də inzibati binalara, polis məntəqələrinə hücumlar həyata keçirib.
Maiduguri küşələrində atışma halları baş verib, yüzlərlə Boko Haram tərəfdarları öldürülüb, minlərlə sakin şəhəri tərk edib.
İsrarlı
Nigeriyanın təhlükəsizlik qüvvələri nəhayət qrupun qərargah mənzilini ələ keçirib, döyüşçüləri həbs edib, Məhəmməd Yusifi öldürdülər.
Onun cəsədi dövlət televiziyası ilə nümayiş etdirildi və təhlükəsizlik qüvvələri Boko Haram-ın məhv edildiyini bəyan etdilər.

Şəklin mənbəyi, BBC World Service
Lakin döyüşçülər yeni lider Abubakar Shekau-nun rəhbərliyi altında yenidən qruplaşdılar və üsyan hərəkatı yenidən vüsət alır.
2010-cu ildə ABŞ bu qrupu terrorçu təşkilat kimi tanıyıb. Bu arada bu qrupun qlobal cihad mübarizəsini alovlandırmaq məqsədilə əl-Qaidə, İslami Məqrib kimi hərbiləşmiş təşkilatlarla əlaqədə ola bilməsinə dair şübhələr dolaşmağa başlamışdı.
Boko Haram dəstxətti silahlıların motosikletdə hərəkət edərək polisi, siyasətçiləri və onları tənqid edən hər kəsi, o cümlədən onların mövqeyini bölüşməyən müsəlman və xristian dini xadimləri öldürmək olub.
Qrup eləcə də Nigeriyanın şimal və mərkəzi hissəsində bir sıra kəsərli hücumlar həyatra keçirib, o cümlədən, kilsələr, avtobus dayanacaqlar, barlar, hərbi kazarmalar, polis məntərqələri və hətta paytaxt Abujada BMT mənzil-qərargahına qarşı bomba hücumları həyta keçirlib.
2013-cü ilində zorakılığın qarşısını almaq üçün prezident Goodluck Jonathan ölkənin 3 şimal ştatında - Borno, Yobe və Adamawa ştatlarında fövqəladə vəziyyət rejimi elan edir.

Şəklin mənbəyi, BBC World Service
Həmin ərazilərdə qoşunların yerləşdirilməsi yaraqlıların əksəriyyətini Maiduguri-ni tərk etməyə məcbur etdi - Boko Haram Kamerun sərhədi boyu ucsuz-bucaqsız Sambisa meşələrinə çəkilməli olmuşdu.
Meşələrdə gizlənən Boko haram döyüşçüləri kəndlərə hücumlar edərək, mülkləri qarət edir, qətllər və yanğınlar törədirlər. Bu cür taktikanın məqsədi güman edildiyinə görə, yerli sakinləri təhlükəsizlik qüvvələrinə kömək etməkdən çəkindirmək olub.
Xroniki yoxsulluq
Boko Haram eyni zamanda Qərb təhsilinə qarşı da kampaniyasını genişləndirib. Qrup hesab edir ki, Qərb təhsili müsəlmanların mənəvi dəyərlərini korlayır, xüsusən də müsəlman qızlar üçün zərərlidir. Boko Haram mart ayında Yobe, aprel ayında isə Chibok məntəqələrində məktəblərə hücum edib.
Chibok reydi zamanı Boko Haram 200 məktəbli qızı girov götürərək, onlarla qul kimi rəftar olunacağını və onların ərə veriləcəyini bəyan edib.
Bu hərəkət qrupun 2013-cü ilin may ayında keçirdiyi reydə bənzəyir. O zaman Boko Haram qrup üzvlərinin arvad-uşaqlarının hökümət tərəfindən həbs edilməsinə cavab olaraq bir qrup qadın və uşağı girov götürərək onların videosunu yaymışdı.
Sonradan tərəflər arasında girov mübadiləsi keçirildi, qadın və uşaqlar azadlığa buraxıldı.

Şəklin mənbəyi, BBC World Service
Eyni zamanda Boko Haram şəhərlərdə də bomba hücumlarını davam etdirir: aprelin 14-də paytaxtda avtomobil parkı yaxınlığında törədilmiş partlayış nəticəsində azı 70 nəfər, mayın 2-də törədilmiş partlayışda isə 19 nəfər həlak olmuşdu.
Bu, Boko Haramın şəhərlərdə də döyüşçülər şəbəkəsinə malik olduğunu göstərir.
Təhlilçilər Nigeriyada hərbiləşmiş islamçı qrupların ilk dəfə deyil ki, fəallıq göstərdiyinə diqqəti çəksələr də, Boko Haram qrupu bu qəbildən olan bütün dəstələrdən daha uzun ömürlü və təhlükəli çıxaraq, qarşısına qlobal cihadın aparılması məqsədini qoyur.
Müşahidəçilərin qənaətinə görə, bu təhlükənin qarşısını almaq üçün hökümət ölkədə xroniki yoxsulluğun öhdəsindən gəlməli və müsəlmanların da qəbul edəcəyi yeni təhsil sistemi qurmalıdır.




