Nigeriya: yaraqlılar 200 məktəbli qızı girov götürüblər

Şəklin mənbəyi, afp
Nigeriyanın şimal-şərgində "Boko Haram" islamçı dəstəsinə mənsub olduqları güman edilən silahlı yaraqlılar onlarla məktəbli qızı tutaraq naməlum istiqamətdə aparıblar.
Hadisə ölkənin Borno ştatında, Çibok şəhərciyinin məktəbində baş verib.
Şahidlərin məlumatına görə, yaraqlılar gecəyarısı yük maşınlarında məktəbin və yaxınlıqdakı yataqxananın ərazisinə daxil olublar.
Silahlı şəxslər yataqxanada qalan yeniyetmə qızlara maşınlara minməyi əmr ediblər.
Oğurlanmış qızların valideynləri BBC-ə ən azı 200 məktəbli qızın oğurlandığını bildirib.
Güman edildiyinə görə, məktəbli qızlar "Boko Haram" silahlı dəstə üzvləri tərəfindən oğurlanaraq aparılıblar.
Bazar ertəsi günü Abuca şəhərində törədilmiş partlayış nəticəsində 70 nəfər həlak olub.
Həmin partlayışa görə də məsuliyyətin "Boko Haram" təşkilatının üzərinə düşüdüyü güman edilir.




